Tbilisidə oğurluq faktı ilə bağlı 4 nəfər həddi-buluğa çatmamış şəxs saxlanıb
Hüquq
mühafizəçilər Tbilisidə baş vermiş oğurluq faktı ilə bağlı 4 nəfər
həddi-buluğa çatmamış şəxs saxlayıb.
“DİN-in Tbilisi Polis Departamentinin Qədim Tbilisi İdarəçiliyinin
əməkdaşları aparılan əməliyyat nəticəsində 2003-cü il təvəllüdlü
A.A.-nı oğurluq ittihamı ilə bağlı Tbilisidə saxlayıblar.
Cinayət 3 ildən 5 ilə qədər müddətə azadlıqdan məhrum edilməni
nəzərdə tutur.
İstintaq müəyyən edib ki, saxlanılan Tbilisidə yerləşən iki mağaza,
restoran və turistik ofisi qarət edib. Hüquq mühafizəçiləri
oğurlanmış əşyaları sübut olaraq götürüb.
İstintaq oğurluq faktına dair Gürcüstan CM-nin 177-ci maddəsinin
2-ci hissəsinin “a” və “b” altbəndləri ilə gedir” - deyilir DİN-in
yayımladığı məlumatda.