“Qırmızı Körpünün” sərhəd ərazisini qanunsuz keçmək ittihamı ilə 7 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin sərhəd polis əməkdaşları Qırmızı Körpünün sərhəd ərazisində Sadaxlının mühafizə hissəsində aparılan əməliyyat nəticəsində 3 nəfər Banqladeş Xalq Respublikasının, 3 nəfər Hindistan və 1 nəfər Yəmən vətəndaşını Gürcüstan dövlət sərhəddini qanunsuz, qrup şəklində keçdiyinə görə saxlayıb – bu haqda İPN-ə DİN-dən bildiriblər.

Onların məlumatına görə törədilən cinayət 4 ildən 5 ilə qədər müddətə azadlıqdan məhrum edilməni nəzərdə
tutur.
İstintaq müəyyən edib ki, ittiham olunanlar sərhəd-yoxlayış məntəqəsindən yan keçərək, Ermənistan Respublikasından qrup şəklində qanunsuz Gürcüstan sərhəddinə keçiblər.

İstintaq Gürcüstan dövlət sərhəddini qrup şəklində qanunsuz keçmə faktı ilə bağlı Gürcüstan CM-nin 344-cü maddəsinin "a" altbəndi ilə gedir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« იანვარი 2025 »»
3031 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 12