Bədənimizin böyük bir hissəsi sudan ibarətdir.
Əzələlərimizin 75, beynimizin 90, sümüklərimizin 22, qanımızın 83
faizi sudan ibarətdir. Alimlər daim ac qarınına su içməyin faydalı
olduğunu deyir.
Bəs bu fayda nədən ibarətdir?
Bu faydaları
təqdim edirik:
Səhər yeməyindən əvvəl 1-2 stəkan su içmək
bədəndəki toksiki və ehtiyac olmayan maddələrdən xilas olmaq üçün
idealdır. Beləliklə günə başlayanda su içmək metobolizmanı
gücləndirir və xəstəliklərdən qoruyur.
Gecə boyu bədənimiz hüceyrələrini təmir edir və
özünü yeniləyir.
Buna görə səhərlər ac qarnına su içmək artıq maddələrin sidik
vasitəsilə bədəndən çıxması üçün faydalıdır.
Ac qarnına su içmək spirt, tütün, kirlilik və pis
qidalanma ilə əlaqədar bədənimizə daxil olan zərərli maddələrin
təsirini azaldır.
Su dərimizin ən yaxşı dostlarındandır.
Dərimizin sağlam və gözəl olması üçün ac qarnına su içmək
faydalıdır. Hər səhər ac qarnına 2 stəkan su içmək dərimizə
elastiklik verər, gərginlik və qocalmadan qoruyar.
Səhər ac qarnına su içmək orqanlarımızın su
ehtiyacını qarşılayar və sağlam işləməsinə kömək
edər.
Ac qarnına 2-3 stəkan su içmək arıqlamağa
köməklik edər.
Su bədəndəki toksiki maddələri atmaqla yanaşı, yağ və kalori
yandırmağa da kömək edər. Eyni zamanda aclıq hissini azaldır.
Səhərlər su içmək limfa vəzləri və bağırsaqları
infeksiyalardan qoruyur.
Ac qarına ilıq su içmək günə enerji ilə başlamağa
kömək edir. Bu, həmçinin yorğunluğu aradan qaldırar.
Səhər yeməyindən əvvəl su içmək bağırsaqların
fəaliyyətini canlandırır, qəbizliyə qarşı yaxşı təsir
göstərir.
Qastrit və buna
oxşar problemlərdən əziyyət çəkirsinizsə, su sizin ən yaxşı
köməkçiniz olar.
Mənbə: Publika.az