İmmunitetinizi qaldıracaq 5 ədviyyat – Yeməklərə və çayınıza qatın
Məlumdur ki, orqanizmin sağlamlığı güclü
immunitetdən asılıdır. İmmuniteti zəif insanın vəziyyəti adi
qripdən belə ağırlaşa bilər.
İmmunitet artıran heç bir sistem, dərman yoxdur. Möcüzə orqanizmin
özündə və mövcud olan qida, içki, bitkilərdədir.
Siz orqanizmə lazımi maddələri qida ilə verin, immunitet özünə
lazım olanı götürəcək.
İmmuniteti möhkəmləndirəcək 5 əlçatan vacib ədviyyatların
siyahısını təqdim edirik:
1.Darçın
Antioksidant təsiri olub, infeksiyalarla mübarizədə immun aktivliyi
stimullaşdırır. Antiiltihab təsir edir. O, antibakterial effekti
ilə xəstəliyin kökü, səbəbi ilə mübarizə aparır. Orqanizmi daxildən
qızışdırır. Buna görə də qrip, öskürək, bəlğəm zamanı ilk işiniz
darçınlı süd və ya çay içmək olsun.
Darçının saxtası və Çin variantı da istehsal olunduğu üçün müalicə
məqsədilə Seylon darçını axtarın. Boru formasında olanı alın, toz
yox. Əsl darçın papirus kimi qat-qat bükülü, nazik olur və tez
ovulur. Saxta darçının orqanizmə faydası yoxdur, amma zərəri
var.
Bir qədər bala darçın ovub saxlayın. Burnunuz qıcıqlanan,
soyuqdəymə hiss edən kimi, bu darçınlı baldan istifadə edin.
ƏSL DARÇIN BELƏ OLMALIDIR
2.Kəklikotu
Kəklikotu virus əleyhinə, immunitet möhkəmləndirici təsirə
malikdir. Bronxit, laringit, angina, öskürəyin dərmandır. Bütün bu
yolları dezinfeksiya edir.
Mikrob və bakteriyaları öldürür. Uşaqlarda da boğaz qarqarası üçün
istifadə edə bilərsiniz.
O, bizim genləri, DNT-ni belə qoruyur.
Onu salatlara, yeməklərə, kəsmiyə, şora qatıb yeyə bilərsiniz.
Çaya qatıb içə bilərsiniz.
Dəmləmə edib içə, qarqara edə bilərsiniz
3. Sarıkök
Sarıkök Şərqin birinci dərman ədviyyatıdır. Sarıkökün biokimyəvi
tərkibi imkan verir ki, o, orqanizmdə möcüzələr yaratsın. Sarıkök
xərçəng, Altsheymer, Parkinson, ürək xəstəlikləri, diabet, göz
xəstəlikləri, depressiya, dəri problemlərində güclü immun artırıcı
ədviyyatdır.
Sarıkök öd və qaraciyəri detoksikasiya edir. Öd sintezini 50%
artırır, toksinləri orqanizmdən atır.
Onu yeməklərə qatın, südə əlavə edib için, bir qədər qara istiotla
qarışdırıb, dil altına qoyub əridib udun.
4.Rozmarin
Antibakterial, göbələk əleyhinə, insulta qarşı təsirlidir. Deyilənə
görə, qış aylarında 4 qr rozmarin yarpaqları immuniteti qaldırmaq
üçün terapevtik dozadır.
Rozmarin daha çox ət yeməklərinə qatılır.
Amma ondan çay və dəmləmələr də hazırlaya bilərsiniz.
5.Qara istiot
Xüsusən dənəli qara istiotu alıb özünüz üyüdün.
Çalışın ən yaxşı istiotdan alasınız.
İstiotda elə efir maddələri var ki, orqanizm üçün əsl oyadıcı bomba
rolunu oynayır. İmmunitet istiotu sevir.
Çünki istiot özü mikrobları, virusları tapıb öldürür. İstiot qana,
limfaya yaxşı çatsın deyə, günorta və axşam çay qaşığı ucunda
dilinizin altına qoyub yavaş-yavaş ağız suyu ilə əridib udun.
Südə sarıkök və azca istiot qatıb için.
İstiodan bir qədər suda da həll edib içə bilərsiniz.
Amma dozanı aşmayın və mədədə xora olmamaq şərtilə istiot qəbul
edin.