Sürücülər üçün "regional əhəmiyyət daşıyan təlim mərkəzin" inşası planlaşdırılır
2019-cu ildə Gürcüstanda avtomobil nəqliyyatı
sahəsində yüksək kvalifikasiyalı kadrların – sürücülər və
menecerlərin hazırlanması
və
dövri hazırlıq məqsədi ilə regional əhəmiyyətli təlim mərkəzinin
inşasına başlayacaq – İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi
Kobuliya parlamentin iclasında bildirib.
Nazirin təqdimatına əsasən regional təlim mərkəzinin 4 km-lik
simulyasiyalı trası və ildə 1000-ə qədə sürücünü Avropa
standartlarına uyğun olaraq hazırlamaq imkanı olacaq. Mərkəzdə
avtobus və trayler sürücüləri, eləcə də patrul, təcili yardım,
bələdiyyə nəqliyyatı və.s. hazırlıq keçəcəklər.
Qeyd edilməlidir ki, Avropa İttifaqı ərazisinə daşınma həyata
keçirən gürcü sürücülərin avropa standartına uyğun
akreditasiyalarının olması mütləqdir. Eləcə də daxili daşınma
hallarında təhlükəsizlik dərəcəsi artacaq.