ABŞ-ın büdcəsində Gürcüstana yardım həcmi artıb
ABŞ-ın 2019-cu il büdcəsində Gürcüstan üçün ayrılmış məbləğ artıb. Qeyd edilməlidir ki, konsolidasiya olunmuş ayırmalar aktı Gürcüstanın regionlarının deokupasiyası və tanınmamasının təsdiqlənməsi baxımından vacib qeydlərdən ibarətdir.

“Mətnə əsasən qeyd olunan qanunla ayrılmış maliyyədən, əgər ABŞ-ın dövlət katibi müəyyən edər və ayırmalar komitəsinə qeyd olunan ölkənin Rusiya tərəfindən işğal edilmiş Abxaziya və Tsxinvali regionunun/Cənubi Osetiyanın vəziyyətini tanıması haqqında hesabat təqdim edərsə heç bir ölkənin mərkəzi hökuməti istifadə edə bilməyəcək. Eləcə də qeyd olunan qanuna əsasən ayrılmış hansısa maliyyədən Rusiya tərəfindən Abxaziya və Tsxinvali regionunun/Cənubi Osetiyanın işğalına dəstək üçün istifadə etmək mümkün olmayacaq.

Qanun layihəsi ABŞ-ın Xəzinə Departamentini beynəlxalq maliyyə institutlarının ABŞ-ın icraçı direktorlarına təlimat verməyə çağırır ki, onlar Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozan hər hansı proqramı dəstəkləməsinlər.

Qeyd edilməlidir ki, ABŞ konqresi üçüncü ildir ki, ABŞ-ın qanunvericilik aktına bu qeydi daxil edir. Bu isə ABŞ tərəfindən Gürcüstana böyük diqqət və dəstəyin olmasını göstərir.

Bundan əlavə qeyd olunub ki, akt “Rusiyanın təsirinə qarşı mübarizə fondu” çərçivəsində ən az 275 mln ABŞ dollarının Avropa və Avrasiya ölkələrinə, həmçinin Gürcüstana ayrılmasını nəzərdə tutur. Məbləğ hüquq mühafizəsi və təhlükəsizlik qüvvələrinin imkanının inkişafı və təhlükəsizliyi sahəsində ABŞ və NATO ilə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə ayrılır. Qeyd olunur ki, maliyyənin bir hissəsi şərq tərəfdaşlığı ölkələri tərəfindən Avropa İttifaqı ilə bağlanmış assosiasiya sazişi haqqında razılıq və ticarət müqaviləsinin yerinə yetirilməsinə sərf olunmalıdır. Eləcə də xarici iqtisadiyyat fatorlarının təsiri və Rusiya Federasiyası tərəfindən siyasi və iqtisadi basqıların azalmasına xərclənməlidir.

Gürcüstana ayrılan maliyyə isə ABŞ-ın büdcəsinin dövlət, xarici əməliyyatlar və onunla bağlı olan proqramları (FY19SFOPs) Gürcüstan üçün artırılmış yardımı nəzərdə tutur və 127,025,000 mln dolları təşkil edir. Qeyd edilməlidir ki, bu məbləğ 2018-ci ildə nəzərdə tutulmuş maliyyədən 22 mln ABŞ dollar dəyərində artıqdır”
– məlumatda deyilir.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayımlayır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები