Vətəndaşların etnik işarə ilə bölünməsi qəbul edilməzdir - Lomcaria Caşa qarşı bildirib
Gürcüstan Xalq
Müdafiəçisi Nino Lomcaria parlamentari Mariam Caşini tənqid edib və
onun Gürcüstanda yaşayan etnik azərbaycanlı əhali haqqında
bəyanatını qəbul edilməz adlandırıb.
Mariam Caşinin Gürcüstanda yaşayan etnk azərbaycanlı və
Azərbaycanda yaşayan etnik gürcü əhali haqqında müsahibəsini
Birinci Kanal 26 fevralda yayımlayıb.
Mariam Caşinin sözlərinə görə, Azərbaycanda yaşayan gürcülərin
hüquqları Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlrı ilə təhsil
və başqa xidmətlərdə bərabər olmalıdır.
“Əməkdaşlığa əsaslanacaq birgə yanaşma haqqında
düşünməliyik” - Birinci Kanalın məlumatına görə
Mariam Caş deyir.
Bununla bağlı çoxluq deputatlarından biri Zviad Kvacantiradze də
danışıb:
“Biz çalışacağıq ki, problemin həlli bizim azərbaycanlı dostlarla
və tərəfdaşlarla birgə olsun. Azərbaycan Respublikası ilə çox böyük
strateji əməkdaşlığımız və dostluğumuz var. Eləcə də tarixi olaraq
yaxşı münasibətlərimiz olub. Bu isə Azərbaycan ərazisində yaşayan
gürclərin qarşısında duran problemlərin həllinə əsas olacaq. Biz də
çalışırıq ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemləri
həll olunsun və qaydasına salınsın” - Zviad Kvacantiradze Birinci
Kanala bildirib.
Xalq Müdafiəçisi Nino Lomcaria məhz deputatların bu bəyanatını
tənqid edib.
“Mariam xanım, Gürcüstanda yaşayan etnik azərbaycanlı
vətəndaşlar Gürcüstanın gürcü və ya digər vətəndaşları kimi eyni
hüquqa malikdirlər. Gürcüstan vətəndaşlarının etnik işarə ilə
bölünməsi ümumiyyətlə qəbul edilməzdir. Vətəndaşlarımızın hüququnu
qoruyuruqsa etnik azlıqların hüququ da qorunmalıdır, bu bizim
ölkənin işidir. Azərbaycana və ya başqa ölkələrə göstərmək üçün
yaxud kontur gəlir qazanmaq, hansısa maraqlardan dolayı bunu
etməməliyik və bu məsələdən istifadə olunmamalıdır. Mən düşünürəm
ki, sizin bəyanatınız səhv mesajlar daşıyır” - Xalq
Müdafiəçisi facebookda ictimai şəkildə yayımlanmış paylaşımda
yazır.