Musiqi dinləməyin isbat edilmiş 9 faydası
1. Vizual və Şifahi Bacarıqları inkişaf
etdirir
4-6 yaş arasında inkişaf etdirilən musiqi bacarıqları uşaqlıqda
sözləri dərk etmə və şərh etmə bacarıqlarına müsbət təsir edir.
8-11 yaş araslnda musiqi təhsil almaq isə hər hansı bir digər
təhsillə əldə edilə bilməyəcək qədər vizual IQ-nün inkişafını
sürətləndirir.
2. Beynin sağlam qalmasını təmin edir
Yaşlı insanların musiqi dinləməsi yaddaşa müsbət istiqamətdə təsir
edir. Hətta bəzi vəziyyətlərdə beyində meydana gələn problemlər
musiqi ilə müalicə edilə bilər.
3. Daha xoşbəxt olmağınıza səbəb olur
Musiqi dinləmək beyində xoşbəxtlik hissini oyandıran dopamin
hormonunun ifraz olunmasına səbəb olur. Xüsusilə müəyyən bir temp
ilə dinlənilən musiqi xoşbəxtliyi özü ilə bilrikdə gətirir.
4. Təzyiqi nizama salır
Təzyiq problemi olan xəstələr musiqi dinləyərək daha qısa müddətdə
sağala bilərlər. Gündə təxminən 30 dəqiqə musiqi dinləyən
xəstələrdə daha aşağı təzyiq müşahidə olunur.
5. Yuxu keyfiyyətini artırır
Musiqi bədəndəki gərginliyi aradan qaldıraraq, ürək döyüntülərini
normallaşdırır. Həmçinin də, daha keyfiyyətli yuxuya sahib
olmağınızı təmin edir.
6. Ağrıları azaldır və sinir sistemini
gücləndirir
Musiqi dinləmək kortizol hormon səviyyəsini nizamlayır. Gün ərzində
təxminən 50 dəqiqə musiqi dinləmək əhəmiyyətli fizioloji fayda
verməkdədir.
7. Depressiya ehtimalını azaldır
Tədqiqatlardan alınan nəticələrə görə, xərçəng müalicəsi görən
xəstələr arasında musiqi dinləyənlərin depressiyaya tutulma
hallarının daha aşağı olduğunu müşahidə edilir.
8. Atletik performansı artırır
Musiqi dinləyən idmançılar ritmlə gələn hərəkət instinkti ilə daha
yaxşı atletik performans göstərir.
9. Qavrama bacarığını yüksəldir
Musiqiçilərin və musiqiyə çox qulaq asan insanların qavrama
bacarıqlarının daha yüksək olduğu məlum olmuşdur.