Yer
planetinin ekoloji baxımdan əsas problemlərindən biri gündən-günə
çoxalan plastik tullantılardır. Ekoloqların hesablamalarına görə,
okean və zibilliklərdə hazırda beş milyard tona yaxın plastik
tullantı var: onların çoxu heyvan və insanların məskənlərinə
təhlükə yaradan toksik maddələr yayır.
Bu barədə
“Hi-News” məlumat yayıb.
Alimlər uzun müddətdir ki, bu problemin həlli üzərində “baş
sındırır”: kimi ekoloji təmiz alternativlər axtarır, bəziləri isə
tullantıların yanacağa çevrilməsi üçün texnologiyalar ərsəyə
gətirir. Perdyu Universitetinin kimyaçılarından ibarət qrup bu
yaxınlarda yaratdıqları yeni texnologiya ilə bağlı məlumat
veriblər.
Onların ixtira etdikləri proses plastik tullantıları benzin və ya
dizelə bənzər yanacağa çevirməyə imkan verir. Bu konvertasiyada
plastik oyuncaqlar, yanacağın alınmasında tibbi cihazlar, ərzaq
qablaşdırma vasitələrinin tərkibində olan polipropilen əsas xammal
sayılır. İdeyaya görə, propilen polimerləri yandırılır, daha sonra
qaz və maye şəkli arasında olan vəziyyətində suda həll edilir.
Proses dəniz səviyyəsindən 2300 dəfə çox atmosfer təzyiqi altında
380-500 dərəcə temperaturda həyata keçirilir. Konvertasiya bir
saata yaxın çəkir. Proses başa çatdıqdan sonra alimlər avtomobillər
və digər texnikada istifadə oluna bilən yanacaq əldə edir.
Tədqiqatçı alim Linda Vanın sözlərinə görə, polipropilen dünyanın
plastik tullantılarının dörddə bir hissəsini təşkil edir. Onların
bu texnologiyası həmin tullantıların 90 faizini faydalı yanacağa
çevirməyə imkan verir.