Aşağıda adları qeyd olunan qidaları davamlı
olaraq qəbul etmək insan dərisinin gözəlləşməsinə səbəb
olur.
1. Kətan toxumu
Kətan toxumunun tərkibi omeqa-3 yağı ilə zəngindir. Hər gün kətan
toxumu yemək dərini gəncləşdirir, dəri xəstəliklərini sağaldır və
insanı yaşından cavan göstərir.
2. Qırmızı rəngli meyvələr
Dərinizin gənc və təravətli olmasını istəyirsinizsə, o zaman hər
gün qırmızı rəngdə olan meyvələrdən yeyin. Ən çox isə yabanı
yemişan, çiyələk və böyürtkən yemək dərinin gözəlləşməsinə səbəb
olur.
3. Günəbaxan yağı
Günəbaxan yağı E vitamini ilə zəngindir. Orqanizmdə E vitaminin
normal miqdarda olması isə dərinin gün şüalarından qorunması
deməkdir. Mütəxəssislər yulaf əzməsi ilə günəbaxan yağı
qarışımından hazırlanan maskanın üz dərisi üçün faydalı olduğunu
qeyd edirlər. Bu maskadan istifadə edərkən isə diqqətli olmaq
lazımdır, çünki normadan çox tətbiq edilməsi dərinin yağlanmasına
səbəb ola bilər.
4. Şokolad
Şokolad insan dərisi üçün çox faydalıdır. Şokolad nəinki insan
orqanizmi üçün faydalı sayılır, o hətta dərinin gözəl görünməsi
üçün də lazımlı qidalardan hesab edilir. Keyfiyyətli və normasında
qəbul edilən şokolad dəri sızanaqlarının əmələ gəlməsinə səbəb
olmur.
5. Şirin kartof
Şirin kartofun tərkibi A və C vitaminləri ilə zəngindir. Onun
suyunu dəriyə sürtmək dərinin gözəlləşməsinə səbəb olur.
6. Pomidor
Pomidor öz antioksidant tərkibi ilə dərini gözəlləşdirir.
7. Qatıq
Davamlı olaraq dəriyə yağlı qatıq sürtmək qırışların aradan
qalxmasına səbəb olur.
8. Qırmızı bibər
Hər gün bir ədəd qırmızı bibər yemək gündəlik C və B6 vitamininə
olan ehtiyacın ödənməsinə səbəb olur.
9. Somon balığı
Bu balıq ətinin
tərkibi D vitamini ilə zəngindir. Hər gün bir tikə somon balığı
yemək dəri, ürək və beyin üçün çox faydalıdır.
10. İspanaq
İspanağın tərkibi E, A
vitaminləri, fol turşusu, maqnezium və s. zəngindir. Bəzi cild
problemləri yaşayanlara davamlı olaraq ispanaq yemək məsləhət
görülür.
Mənbə: Milli.az