Xoruldamaq bir
xəstəlik olaraq qəbul edilməyə bilər, ancaq xoruldamağın tibbi və
ictimai təsirləri ola bilər.
Boğazınızın
toxuması, rahat halda yuxu əsnasında titrəməyə və səs çıxarmağa
başladığında xoruldama müşahidə olunur. Bu hal şiddətli olanda,
yuxusuzluğa yol aça bilər, yuxu nizamını poza bilər və aqressiv bir
ruh halına səbəb ola bilər.
Yatarkən yön dəyişdirin
Kürək üstü deyil, yan tərəfə yatmaq,
xoruldayanlar üçün təklif edilən bir üsuldur. Kürək üstü yatdığınız
zaman diliniz və ya damağınızın arxasındakı yumşaq toxuma boşalır
və boğazınızın arxasına doğru hərəkət edir, bu isə, yatarkən hava
yollarını qismən tıxaya bilər. Sol və ya sağ yana doğru yatmaq buna
mane ola bilər.
Sarıkök
Milli.Az deyerler.org-a istinadən
bildirir ki, sarıkök iltihabı və xoruldamağı müalicə etməyə köməkçi
olan antibiotik və antiseptik xüsusiyyətlər ehtiva edir. Nəfəs
almağı asanlaşdırmağa və immunitetinizi yaxşılaşdırmağa köməkçi
olacaq. Bir stəkan ilıq südə, iki yemək qaşığı sarıkök əlavə edin.
Yatmaqdan əvvəl yaxşıca qarışdırın və için.
Sarımsaq
Sarımsaq möcüzəvi bir bitkidir və
tənəffüs sistemini təmizləməkdə olduqca təsirlidir. Burun
kanallarında seliyin yığılmasını önləyir və xoruldamağı azaldır.
Bir neçə diş sarımsaq alın və çeynəyin. İndi, sarımsaqları uda
bilmək üçün bir stəkan su için. Yatmaqdan əvvəl bunu edin. Bundan
əlavə, yeməyinizə əlavə sarımsaq da qata bilərsiniz.
C vitamini
C vitamini immuniteti gücləndirir və
sinusları təmizləyir, xoruldamağa qarşı mükəmməl bir dərmandır. C
vitamini baxımından zəngin meyvə və tərəvəzlər yeyin. Sitrus
bitkiləri, ananas, brokoli və papaya istehlak edə
bilərsiniz.