5 mart tarixi üçün ulduz falı
10:27 / 05.03.2019
Qoç
- yaxın gələcəkdə planlarınızın normal məcrada inkişafını təmin
etmək üçün aktiv çalışın. Müzakirələr, danışıqlar aparın. Müxtəlif
sahələrdə və işlərdə ön mövqelər tutmağa can atın. Bir müddət sonra
bütün bunları yerinə yetirmək çox çətin olacaq. Günün ikinci
yarısında düşünülməmiş addımlar atmayın, tələsik qərarlar verməyin.
Fərqli ideyalarınız üçün yeni məkan formalaşdırın. Güclü
maqnetizminiz yaşamınıza yeni insanı cəlb edə bilər.
Buğa - yeni işlər, layihələr barədə düşünmək zamanıdır. İndiyədək
məşğul olmadığınız sahədə özünüzü sınayın. Ünsiyyət çevrənizi
genişləndirin.
Önəmli qərarlar vaxtıdır. Diqqət mərkəzində olduğunuzdan
sözlərinizə və hərəkətlərinizə maksimum diqqət yetirin. Maddi uğur,
gəlir, hədiyyə və ya dəvət istisna deyil.
Əkizlər - yeni tanışlıqlar, ideyalar, məşğuliyyət üçün əlverişli
zamandır. Ehtiyatlı olun, risklərə qapılaraq eksperimentlərin
sayını artırmayın. Təkliflərin səbatlılıq dərəcəsini sınayın. Yaxşı
tanımadığınız insana inanmayın.
Günün ikinci yarısında yeni informasiya əldə etmək istəyi, tamah
vaxtın qeyri-rasional sərfiyyatı ilə yanaşı, maliyyə itkiləri riski
də yaradacaq. Alış-verişdə bədxərclik etməyin.
Xərçəng - tənha qalmaq, müstəqil çalışmaq istəyi yeni çətinliklər
yarada bilər. Gün yeni tanışlıqlar, maraqlı ünsiyyət, cazibədar
təkliflər vəd edir.
Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin. İşçi sxemlərlə yanaşı,
münasibətlərə də önəm verin. İndi bir sıra məsələlər sırf şəxsi
təmaslar səviyyəsində həll olunur.
Şir - yaxınlarınızdan birinin təcili məsləhətə və ya köməyə
ehtiyacı var. Diqqətinizi, qayğınızı bu şəxsdən əsirgəməyin. Əlavə
gəlir vəd edən yeni layihəyə başlamaq olar.
Yaradıcılıq potensialınız yaxşı səviyyədədir. Perspektivli layihəni
qiymətləndirəndə bütün detalları nəzərə alın.
Qız - maraqlı zamandır. Bütün şanslardan yararlana bilməsəniz də,
əlverişli imkanlar arasında daha real olanı seçin. Fəaliyyət
müstəvisini genişləndirə bilərsiniz. Ünsiyyət istədiyiniz kimi
alınmasa da, sönük deyil.
Günün ikinci yarısında bəzi işlərin nəs gətirməsi istisna deyil.
Kommunikasiya və rabitə vasitələri ilə bağlı sporadik çətinliklər
olacaq. Planlarınızı reallaşdırmaq istiqamətində düşünülmüş
addımlar atın. Şayiələrə inanmayın, dedi-qodulara fikir
verməyin.
Tərəzi - özünüzü olduğunuzdan pis qiymətləndirməyin. Zahiri
görünüşə aldanmayın, batinə fikir verin. Qarşınıza ifrat ambisioz
hədəflər qoymayın, məqsədlərin praqmat olmasına çalışın. Daha çox
fayda əldə edə biləcəyiniz ünsiyyət çevrəsini müəyyənləşdirin.
Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Yaradıcılıq
potensialınız yüksəkdir. Ən rutin, cansıxıcı işlərə maraqlı
detalları və ya təfərrüatları əlavə edərək normal nəticə əldə etmək
olar. Aktivliyinizi artıranda ehtiyatda əlavə variant, alternativ
olmalıdır.
Əqrəb - dəyər verdiyiniz insanla münasibətləri kəskinləşdirməyin.
Səbrli olun, sizi maraqlandıran prsoesi sürətləndirmək üçün
müdaxilələrdən çəkinin. Problemlərin həllinin maraqlı yolu var.
Günün ikinci yarısında şərik, həmkar və ya tərəfdaşla qarşılıqlı
anlaşmaya nail olun. Axşam saatları travma risklidir. Səhhətinizə
fikir verin.
Oxatan - yaşanan proseslərə həssas olun, olayları sayıqlıqla
dəyərləndirin. Proseslərə sürətli reaksiya verin. Təmkinli olun.
Nagahani yaşananan hansısa olayla bağlı tələsik qərar verməyin.
Hisslərin, impulsların əsiri olmayın.
Günün ikinci yarısında kollektiv fəaliyyətə üstünlük verin.
Uğursuzluqlar, alınan məlumatlar sizdə əsla ruh düşkünlüyü
yaratmamalıdır. Cari işlərlə məşğul olun. Tərəfdaşlarla
müzakirələr, danışıqlar, yazışmalarda aktiv olun. Yaxın gələcəkdəki
perspektivləriniz indi müəyyənləşir.
Oğlaq - günün ilk yarısı dinamikdir. Emosional zamandır.
Ambisiyalarınız və maliyyə gözləntiləriniz qəflətən mənfi impuls
ala bilər. Rəqabət güclənəcək, şəxsi münasibətlər işgüzar əlaqələrə
təsir edəcək. Kompromis tapmaq, hissləri cilovlamaq, soyuqqanlı
olmaq asan deyil.
Günün ikinci yarısında illüziyalardan əl çəkərək reallığı dəqiq
qiymətləndirin. Yeni hədəflər və orientirlər seçin. Dəyişikliklər
üçün münasib zamandır.
Dolça - fəaliyyət prosesini rasionallaşdıra bilərsiniz. Bəzi
hadisələr qəflətən, gözlənilməz şəkildə baş verir. Hərdəmxəyal
olmayın, başladığınız işləri başa vurun. Yeni marağın yaranması
istisna deyil. Təkliflərdən birini dəyərləndirməyə
hazırlaşırsınızsa, bilin ki, yeni layihə xərclər, hətta itkilər vəd
edir.
Balıqlar - situasiyanın inkişaf məcrasına kobud müdaxilələr
etməyin. Vəziyyəti müşahidə edin, amma spontan müdaxilələrə imkan
verməyin. Narazılıq, əndişə, nigaranlıq hissləri yarana bilər.
Məlumatlar və informasiyaların mübadiləsi prosesi sürətləndirə
bilər.