Bu bala bəzən
"buz balı" da deyilir. Bu bal azaliya, andromed, bataqlıq çiçəkləri
və digər müxtəlif zəhərli çiçəklərdən alınan
baldır.
Bu bal faydalı yox, çox zəhərli baldır. Zəhərli baldan az miqdarda
istifadə elədikdə baş ağrıları, ürəkbulanma, qusma, ishal, dəridə
solğunluq, ürəkdöyünmə, zəiflik, qaşınma, bəzən isə qıcolmalar
meydana çıxır. Balın tərkibində olan zəhərin miqdarı onun
tərkibindəki alkoloidlərin, andrometoksinlərin və rododendronların
miqdarından asılıdır. Zəhərli balın ətri xoşagəlməz olur.
Yaponiyada zəhərli arılar zəhəri xotsutsay bitkisindən toplayırlar.
Dəfnə çiçəklərindən toplanan balın tərkibində andrometoksin
olduğuna görə bu bal da zəhərli bal hesab edilir. Zəhərli balı ən
çox Qafqaz bölgəsində yaşayan arılar toplayır. Amma bu bölgədə
hansı bitkilərin zəhərli və balverən olması aydınlaşdırılmayıb.
Zəhərli balı
yedikdən 20 dəqiqə sonra zəhərlənnmə əlamətləri meydana çıxır. Bu
ən çox da zəif və yaşlı adamlarda özünü göstərir.Bu qrupa aid olan
adamlar zəhərli bal yedikdə onlarda qusma və ürəkbulanma ilə
bərabər yüksək temperatur, gözlərin tutulması, huşun itməsi, nəbzin
zəifləməsi baş verir. Bəzən isə nəbzin sayı dəqiqədə 30-a düşə
bilir. Bu zaman zəhərlənən adamın üzündə göy ləkələr əmələ gəlməyə
başlayır, nəfəsalma çətinləşir, xəstəni soyuq tər basır,əllər və
ayaqlar ağrımağa başlayır.
Bu əlamətlər 4-5 saat davam edə və xəstədə geridönməz izlər buraxa
bilər.
Balı yeyən zaman sadalanan əlamətlərin meydana çıxdığı zaman təcili
həkimə müraciət etmək lazımdır.