6 mart üçün ulduz falı
09:21 / 06.03.2019
Qoç - yaxın
gələcəklə bağlı perspektivləri müəyyənləşdirin. Hadisələrdə
gərginlik hiss olunsa da, emosiyalara qapılmayın. Düşünülməmiş,
tələsik qərar verməyin. Can atdığınız sakitlik və harmoniyanı
unudun.
Buğa
- bu gün diqqət mərkəzində olmamağa çalşıın. Yaxın ətrafınızdakı
insanlara yardım edin, qayğıkeş olun. Eqoist, təşəxxüslü insan
təsiri bağışlamayın. İşdə rəhbərliyin tövsiyələrini səbrlə
dinləyin.
Əkizlər - hadisələrlə zəngin gündür. Mövcud prosesdə yenidənqurma
tələb edən nüansları diqqətdən qaçırmayın. Emosiyalarınıza nəzarət
edin. Vəziyyət çox asanlıqla münaqişə yarada bilər. Baş verənləri
heç bir səbəb olmadan dramatikləşdirməyin.
Xərçəng - mühüm işlərə başlamaq üçün günün ilk yarısı əlverişlidir.
Önəmli görüşü və danışıqları təxirə salmayın. Yaradıcılın sizdə
məmnunluq hissi yaradacaq. Sizi narahat edən məsələ ilə bağlı
yaxınlarınızla müzakirələr apara bilərsiniz. Yaşamınıza yeni
nüanslar əlavə edin.
Şir - müstəqil çalışmaq, təkbaşına fəaliyyət göstərmək niyyətiniz
alınmaya bilər. Anlaşılmazlıqlar, münasibətlərdə qəfil dönüşlər
istisna deyil. Hisslərinizə hakim olun. Düşündüklərinizi aktiv
izhar etməyiniz mövcud situasiyadakı müvazinəti poza bilər.
Qız - işlərinizə ifrat maraq göstərən insanlardan çəkinin.
Emosiyaların əsiri olmayın, cazibədar təkliflərə aldanmayın. İfrata
varmaq səhhətinizə və maliyyə durumunuza zərbə vura bilər. Yaxın
ətrafınızdakı insanları aldatmayın. Başladığınız işi diqqətlə,
səliqə ilə görün. Dəqiq olun. Vədələşdiyiniz görüşə gecikməyin.
Yollarda ehtiyatlı olun. Travma riski var.
Tərəzi - mürəkkəb, qarışıq gündür. Qeyri-müəyyənlik hissinin
yaranması, niyyət və istəklərin xaosu istisna deyil. Ani maraqları
təxirə salın, perspektivləri düşünün. Seçim çətinliyi mühüm işi
bitirməyə mane olmamalıdır.
Əqrəb - günün ilk yarısındakı situasiya ciddi emosional laubələr və
təbəddülatlar yarada bilər. Yaranan yeni imkanlardan istifadə edin.
Şansı əldən buraxmayın. Xırda məsələlərlə məşğul olsanız, əsas işi
başa vura bilməyəcəksiniz. Önəmli saydığınız planı
gerçəkləşdirin.
Oxatan - yaradıcılıq impulsarı və enerji səviyyənizin yüksəlişini
mövcud işlərdə ciddi islahatlara yönəldin. Danışıqlara, söhbətə çox
vaxt sərf etməyin. İdeyalardan birini reallaşdırmaq olar. Günün
ikinci yarısında cürətli, iradəli olun. Qarşınıza qoyduğunuz
məqsədə çatmaq üçün gərəkli vasitələrin hamısından istifadə etmək
olar. Sizi qayğılandıran məsələni çözmək üçün detallara fikir
verin. Ambisiyaları azaldın. Bəzi nüanslarda ciddi irəliləyişlərə
nail olmaq mümkündür.
Oğlaq - maliyyə məsələlərində irəliləyişlər ola bilər. Başqalarının
problemlərinin həllinə başlayaraq öz çətinliklərinizi unutmayın.
Bir yerdəki sədləri aradan qaldıranda başqa yerdə maneələrin
yarandığını nəzərdən qaçırmayın. Pulunuzun qədrini bilin. Kimsənin
təsiri altına düşməyin.
Dolça - günün ilk yarısında hadisələrin intensivliyi artacaq.
Vəziyyətin məzmunu, aparıcı məqamları dəyişir. Yaşamınızda
dəyişikliklər zamanıdır. Özünüzü və yaxın ətrafınızı ən önəmli
məsələnin həllinə yönəltmək üçün qətiyyətli olmalısınız.
Balıqlar - hadisələr gözlənilən məcrada inkişaf edəcək. Yaxın
ətrafınızdakı insanlarla münasibətlərin korlanmasına imkan verməmək
üçün səbrli, təmkinli davranın. Situasiya gərginləşəcək. Ən kiçik
səbəbdən, ilk baxışdan mənasız səbəbdən münaqişə yarana bilər.
Planlarda və ya niyyətlərdə dəyişiklik etmək
zamanıdır.