7 mart üçün ulduz falı
10:38 / 07.03.2019
Qoç
- son hadisələr, alınan məlumatlar perspektivləri düşünməyə,
prioritetləri dəqiq müəyyənləşdirməyə zərurət yaradır. Ünsiyyəti
minimuma endirin. Təhlil üçün əlverişli şərait yaradın. Fəaliyyət
sahənizi qaydaya salın. Rutin saydığınız məqamlar cari durumu
aydınlaşdırmağa imkan verəcək.
Buğa
- istədiyiniz yox, vacib olan işlə məşğul olun. Fəaliyyət
müstəvisində qayda yaradın. Yaxınlarınızın tapşırıq və xahişlərini
yerinə yetirin. Belədə münasibətlərin ümumi fonu yaxşılaşar. Sizə
yardım etmək istəyən insan var.
Günün ikinci yarısında əlavə gəlir və ya hədiyyə ola bilər.
İrəliləyiş üçün fəallaşmağa ehtiyac duyulur. Yaxınlarınızı qayğı,
diqqətlə sevindirin.
Əkizlər - ən kiçik, ilk baxışdan önəmsiz təsir bağışlayan
hadisələrdə diqqətli davranın. Təfərrüatları nəzərdən qaçırmayın.
Ev işlərini bitirməyə, məişət qayğılarını nizamlamağa vaxt
ayırın.
Günün ikinci yarısında ideyalarınızı və ya yeni fikirlərinizi
tərəfdaşlarla paylaşa bilərsiniz. Kollektiv fəaliyyətdə xeyir var.
Axşam saatlarında romantikaya qapılmayın, praqmat olun. Dostlarla
təmaslarda rasionallığa üstünlük verin.
Xərçəng - işlərinizi rasionallaşdırın. Məntiqlə davranın,
qərarlarınızın ağıllı olmasına can atın. Detalları saf-çürük edin.
Aldığınız məlumatı təhlilə uğradın. Yalnız bundan sonra yeni
məqsədləri müəyyənləşdirmək olar.
Alış-verişə yollanmaq olar. Günün ikinci yarısında təmasların
sakit, konstruktiv olması gərəkdir. Münasibətlərdə harmoniyaya can
atın.
Şir - işlərinizdə səhman yaradın, başlanmış prosesləri səhmana
salın. Təsərrüfatda gərəkli məhsulları alın.
Heç bir işdən çəkinməyin. Yaxın gələcəklə bağlı planlarınızı
müzakirə edin, danışıqlar aparın. Yaxınlarınızla məsləhətləşə
bilərsiniz. Praktiki mənaya malik ideyalar istisna deyil.
Qız - təşkilatçı olun, problemlərin çözümündə liderlik edin.
Səlahiyyətləriniz arta bilər. Əlavə işlər və tapşırıqlar olacaq.
Bununla belə, az işləyib çox qazanmağın yollarını düşünün.
Özünüzə və başqalarına qarşı iradlarınız artmasın. Təxirə
saldığınız, unutduğunuz məsələləri günün ikinci yarısında
xatırlayın. İnformasiya mənbələrini yeniləyin, münasibətlərdə dönüş
yaradın. Aldığınız mal və məhsula qiymətindən artıq pul
ödəməyin.
Tərəzi - günün ilk yarısında etibarən yaranan problemlər nə qədər
ağır və mürəkkəb olarsa, onları çözməkdə o qədər aktivlik nümayiş
etdirin. Kreativ davranın. Lakin başqalarının əvəzinə işləməyin.
Belədə ifrat yorğunluq və bihallıq istisna deyil.
Günün ikinci yarısı yaradıcılıq, dostlarla ünsiyyət, görüşlər üçün
pis deyil. Xərclərinizin həddini bilin. Şəxsi münasibətlər üçün
yaxşı zamandır. Cüzi təfərrüatları şişirdib keçilməz sədlərə
çevirməyin. Qayğıkeş və səmimi olun.
Əqrəb - yaxın ətrafınızdakı insanla dil tapmağa çalışın. Qarşı
tərəfin emosional durumunun incəliklərinə fikir verin. Əks təqdirdə
ən cüzi səbəblərə görə iradlarla qarşılaşacaqsınız. İfrat
tələbkarlıq ümumi işin ziyanınadır.
Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Kiməsə "həyatı
anlatmaq" fikrinə düşməyin. Maraqlandığınız işə başlayın. Proses
yarımçıq qalmamalıdır.
Oxatan - proseslərə süni təkan vermək əvəzinə yaşananları diqqətlə
müşahidə edərək lazımi nəticələr çıxarın. Gərəkli anda lazımi yerdə
olmağı bacarın. Yardım və yaxşı məsləhət istisna deyil. Ümumi işi
həmfikir və ya tərəfdaşlarla birlikdə bitirmək olar.
Günün ikinci yarısında qrup fəaliyyəti pis alınmayacaq. İşgüzar
münasibətlərdə romantik hisslərə yer olmamılıdır.
Oğlaq - bir qədər aktiv çalışın, yaranan şanslardan maksimum
istifadə edin. Gün ərzində sürprizlər az olmayacaq. İnformasiya
mübadiləsi və ünsiyyətdə tapıntılar istisna deyil. Ev işləri ilə
məşğul olmaq niyyətiniz varsa, çətinlikləri tələsmədən aradan
qaldırın.
Günün ikinci yarısında səfər və ya uzaq yol istisna deyil.
İnternetdə məlumat arayırsınızsa, vaxtınızı mənasız işlərə sərf
etməyin. Real və ya virtual təmaslar əhvalınızı
yaxşılaşdıracaq.
Dolça - maliyyə məsələləri və yaxın gələcəklə bağlı tələsik qərar
verməyin. Situasiyada dəyişikliklər olacaq. Uzun müddətdən bəri,
zəhmətlə hazırladığınız planlara yeniliklər edin. Önəmli tədbiri,
görüşü və ya danışıqları ertələməyiniz məsləhətdir.
Günün ikinci yarısında hadisələrin axarı istədiyiniz kimi
olmayacaq. Təsəvvürləriniz dəyişə bilər. Yaşananların laqeyd,
apatik müşahidəçisi olmayın. Bəzi problemlər göründükləri qədər
ağır və təhlükəli deyil.
Balıqlar - günün ilk yarısından etibarən güzəştlərə meylli olsanız,
bir sıra mövqelərinizi itirə bilərsiniz. Qərarların qəbulundan
bilərəkdən yayınmayın. İradəli və qətiyyətli olun. Güclü insan
təsiri bağışlayın. Yaranmış situasiyanı təhlil etmək üçün aramla
davranın.