13 mart üçün ulduz falı
09:47 / 13.03.2019
Qoç
- ötənlərdə baş vermiş hadisələrdən biri indi sizi ciddi narahat
edəcək. Qordi düyünü təsiri bağışlayan çətinliyi həll etməyə
başlayın. Gərəkli sonuc əldə edilənədək çalışın. Yeni işə
başlamayın: problemlər heç az deyil.
Buğa - maddi perspektivlərinizi dəqiqləşdirin. Sərfəli olmayan,
mənfəət vəd etməyən işləri dayandırın. Çoxlu qüvvə və vaxt tələb
edən, amma əvəzində kiçik irəliləyiş perspektivlərinə malik
prosesdən kənara çəkilin. Borcu qaytarsalar və ya gəlir əldə
etsəniz, pulları xərcləməyə tələsməyin.
Əkizlər - ziddiyyətlər və əkslikləri, fikir ayrılıqları və
tərəddüdləri ağır problemlər saymayın. Mövqelərinizin dayanıqlı
olmasına çalışın. Fəaliyyətinizin effektivliyinin dayanıqlı olması
üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var.
Xərçəng - eyni vaxtda bir neçə işlə məşğul olsanız, mövqelərinizi
itirə bilərsiniz. Maraq dairənizi bir qədər məhdudlaşdırın. Bütün
işləri başa çatdırmaq mümkün deyil. Xəyallara qapılmayın. Yaxın
ətrafınızdakı insanlardan birinin şirin vədlərinə aldanmayın.
Şir - ikinci dərəcəli məsələlərin pərdələdiyi əsas məqamı görməyə
çalışın. Ümumi ab-hava gərgindir. Ətrafdakı insanlar arasında
münaqişələrin yaranması istisna deyil. Reaksiyanız sərt olmasın.
Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Başqalarını anlamağa can
atın.
Qız - məqsədlərinizlə məramlarınız dəyişə bilər. Qarşınıza
qoyduğunuz hədəfə çatmaq üçün güc, vasitə və ya gərəkli insanların
diqqəti yetərsizdir. İndi nəyisə yenidən təşkil etmək çox çətindir.
Hadisələr planlaşdırdığınız kimi inkişaf etmirsə, narahat olmağa
dəyər.
Tərəzi - uzaqgörən olmağa çalışın. Gərgin situasiyaya rəğmən sağlam
məntiq çərçivəsində hərəkət edin. Durumun çətinliyini instiktiv
olaraq anlayın. Çalışdığınız insanların emosional durumunu
qulaqardına vurmayın.
Əqrəb - cari işlərlə məşğul olun, köklü və önəmli yeniliklərlə
bağlı tələsik qərar verməyin. İlk baxışda görünməyən təfərrüatlara
fikir verin. Yaxın ətrafınızdakı insanların davranışlarını nəzərdən
qaçırmayın. Mühüm informasiya nüanslardadır.
Oxatan - yaxın ətrafınızdakı insanların emosional durumunu nəzərə
alın. Yeni münasibətlər və tərəfdaşlıq formatı yaratmaq olar.
Harada səhv etdiyinizi anlamağa çalışın. Şəxsi münasibətlərdə
təəssüf, pərişanlıq yarana bilər. İnciklik, vida, ayrılıq istisna
deiyl.
Oğlaq - əldə etdiyiniz nəticələri diqqətlə nəzərdən keçirin.
Qeyri-məhsuldar işlə məşğul olduğunuzu görsəniz, təcili qərar qəbul
edin. Önəmli istiqamətdə uğur qazanmaq üçün imtina etməyiniz
gərəkən məqamları seçin.
Dolça - günün ilk yarısı böyük səylər və diqqətin əsas işə
yönəldilməsini tələb edir. Cari proseslərdən kənarlaşaraq şəxsi
maraqlarınızın təminatı üçün asudəlik aramayın. Gərəkli işi
vaxtında görməmək riski yaratmayın.
Balıqlar - başqalarının mənafelərini üstün tutaraq öz maraqlarınızı
ikinci dərəcəli saymayın. Yaşamınıza müdaxilə edən hadisələr və
proseslər sizi təbdən çıxarmamalıdır. Ehtiyatı əldən verməyin,
məntiqli davranın. Gərginlik paradoksal olsa da, işlərinizdə
irəşliləyişlərə səbəb olacaq.