Bal, yumurta və limon... - 6 MÖCÜZƏVİ QARIŞIM
Bəzən elə olur ki,
enerjimiz iş gününün sonuna qədər yetmir. Özümüzü çox gücsüz,
yorğun, əzgin hiss edirik.
Vaxt və güc - bizə lazım olan
iki əsas amildir.
İitirdiyiniz gücünüzü bərpa etməyə kömək edəcək 6 qarışımın
reseptini təqdim edirik:
1. 1 çay qaşığı balı 1 yumurta sarısı və azacıq limon və ya
portağal suyu ilə qarışdırın. Alınan qarışımı yaxşı olardı ki,
səhər yeməyindən əvvəl istifadə edəsiniz.
2. Bu meyvə qarışımı səhər yeməyi kimi yaxşı variantdır. Hazırlamaq
üçün 5 ədəd qara gavalı qurusu, hərəsindən 3 ədəd olmaqla ərik və
əncir qurusu, 2 dilim limon, 2 ədəd alma və 2 xörək qaşığı kişmiş
tələb olunur. Meyvələrin üzərini tam örtənə kimi su əlavə edin.
Daha sonra vam xodda 5-10 dəqiqə qaynadın. Hazır olduqdan sonra
süzərək səhərlə 1 x/q için.
3. Limonu 1-2 dəqiqəlik suya qoyun. Daha sonra qabıqlı şəkildə ət
maşınından keçirin. Azacıq kərə yağı və 1,5 x/q bal əlavə edin.
Bircinsli kütlə alınana qədər qarışdırın. Bu qarışımı çayla da içə
bilərsiniz.
4. Əvvəlcə bir stəkan yulafı 5 stəkan suda qatı kisel halına gələnə
kimi bişirin. Eyni miqdarda süd əlavə edərək soyudun. Daha sonra 5
x/q bal əlavə edin və bircinsli məhlul alınana qədər qarışdırın.
Alınan qarışımı gündə 3 dəfə yarım stəkan olmaqla için.
5. Yulafın üzərinə 3/1-i qədər qaynar su əlavə edərək, 1 sutka otaq
temperaturunda saxlayın. Daha sonra artıq mayeni süzərək soyuducuya
qoyun. Hər yeməkdən əvvəl stəkanın 4/1-i qədər gündə ən az 3 dəfə
olmaqla qəbul edin.
6. Buğda, arpa, yulafı bərabər miqdarda qarışdırın. Onları üyüdərək
un hazırlayın. Bərabər miqdarda su əlavə edin. 2 saat saxlayın və
süzün. Alınan qarışımı yaxşısı budur ki, balla içəsiniz. Bu içki
həm gücün bərpa olunmasında, həm də qan azlığında kömək olur.
Mənbə: Milli.az