Sümükləri möhkəmləndirən 6 ərzaq - SİYAHI
Uzun
zaman belə düşünülürdü ki, sümükləri qüvvətləndirən əsas maddə
kalsiumdur. Ona görə də uşaq vaxtı dişlərin və sümüklərin möhkəm
olması üçün təbaşir yeyirdik. Amma məlum olub ki, tək bir kalsium
maddəsi kifayət etmir. Bu elementdən başqa sümüklərin və dişlərin
möhkəmləndirilməsi üçün insana, həmçinin, fosfor, maqnezium, sink,
mis, vitaminlər və minerallar vacibdir.
Sümükləri möhkəmləndirmək üçün lazım olan ərzaqları təqdim
edirik:
1. Tərəvəzlər (zülal mənbəyi, dəmir və kalsium, K və C
vitaminləri)
Kalsium, maqnezium, kalium, dəmir və digər minerallar təbii bitki
tərkibli qidalarda bol miqdarda olur. Əsasən də yaşıl rəngli
tərəvəzlərin möhkəmləndirdiyi məlumdur. Yalnız ispanaq və türşəng
göyərtiləri tərkibində olan oksalat turşusu səbəbindən adı çəkilən
mineralları mənimsəməyə mane olur.
2. Zülal tərkibli qidalar (heyvan mənşəli qidalar,
paxlalılar, soya)
Zülal sümüklərin möhkəm olması üçün əvəzolunmaz maddə hesab edilir.
Uzun müddət belə bir fikir mövcud olub ki, rasiona daxil olan
heyvan mənşəli qidalar osteporozun inkişafına səbəb ola bilər.
Amma elmi tərəfdən sübut edilib ki, bu ehtimal səhvdir. Bir çox
insanlar bir çox səbəblərdən qida rasionlarına heyvanı qidalar
daxil etmirlər. Bu isə insanların seçimlərinə bağlıdır.
3. Bulyonlar (mineral mənbəyi)
Bir çox yeməklər ənənəvi olaraq bulyonda hazırlanır. İş
burasındadır ki, bulyonlar az odda uzun müddət bişdiyinə görə
tərkibində bol miqdarda minerallar olur. Bu isə bulyonu çox qidalı
və faydalı edir.
4. Tam toxum (maqnezium mənbəyi)
Qəhvəyi düyü, arpa, qarabaşaq, yulaf kimi tam toxumların tərkibində
B qrup vitaminləri və lif olan ən yaxşı karbohidrat mənbəyidir.
Tam toxumlar orqanizmi lazım olan kalori ilə təmin edir ki,
nəticədə orqanizmin onun enerji əldə etmək üçün zülala olan
tələbatı azalır. Bundan əlavə tam toxumlar yaxşı maqnezium
mənbəyidir ki, bu da orqanizmdə kalsiumun yaranmasına səbəb
olur.
5. Mikroelementlərlə zəngin ərzaqlar
Çərəzlər və toxumların bir sıra üstün cəhətləri var. Onlar yalnız
əvəzolunmaz yağ turşusu mənbəyi deyil həm də orqanizm umun vacib
olan zülal, bor, dəmir, fosfor, maqnezium kimi maddələrlə də təmin
edir.
6. "Sağlam yağlar" (K və D vitamini
qaynağıdır)
Təəccüblü olsa da, bu yağlar sümüklər üçün böyük əhəmiyyət
daşıyır.
Dietoloqların fikrincə, hər orta yaşlı qadına gün ərzində 65 qr yağ
tələb olunur. Bu isə cəmi 1-2 x/q təşkil edir. Ekspertlər
bildirirlər ki, orqanizmdə olan balansı qorumaq üçün tərkibində yağ
olan müxtəlif ərzaqlardan istifadə etmək lazımdır.