Yorğunluğu aradan qaldıracaq 4 məhsul
Gərgin iş qrafiki, çoxlu enerji sərf etmək və yuxusuzluq kimi cəhətlər insanın yorulmasına imkan yaradır. Yorğun insan isə, həyatda uğurlu nəticələr əldə edə bilmir.

Bu səbəbdən də, gəlin sizi gün boyu gümrah saxlaya biləcək məhsullarla tanış olaq:

1. Badam

Bu balaca çərəzin tərkibində bitki mənşəli zülallar vardır və onlar sayəsində qanda şəkərin səviyyəsi normal olur, piy nəzarəti ələ alınır. Hər səhər badam yemək sizi gün boyu gümrah saxlayar.

2. Qızıl balıq

Omega 3 maddəsi ilə zəngin olan bu balıq növü beyin və sinir hüceyrərinin sağlamlığını dəstəkləyir. Tərkibindəki faydalı yağlar insanda idrak problemlərinin azalmasına kömək edir.

3. Sitrus meyvələri

Portağal və qreypfrut kimi sitrus meyvələri C vitamini ilə zəngindir. Bu səbəbdən də, beyində oksigen miqdarını artırır və enerjini yüksəltməyə imkan verir.

4. Giləmeyvələr

Qaragilə, moruq və çiyələk kimi bir çox meyvələr enerji mənbəyidirlər. Onların daxilində olan liflər insan bədəninə olduqca faydalıdır və qanda olan şəkər miqdarını azaltmağa kömək edir. Bunun sayəsində insan yorğunluqdan uzaq olur.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია