Karbohidrat baxımından zəngin olan kartofun insan
sağlamlığına bir çox faydası var. Lakin ən yaxşı enerji
qaynaqlarından biri olan kartofun qabıqlarını, adətən, istifadə
etmirik.
Mütəxəssislər kartofun içinin olduğu qədər
qabıqlarının da faydalı olduğunu
açıqlayıb.
Kartof qabıqlarının faydaları nələrdir?
Sarı, qırmızı və ağ olmaqla, üç çeşidi olan
kartof nişasta baxımından da zəngindir. Bu çeşidlilik becərildiyi
torpağa görə dəyişir. Ana vətəni Amerika olan bu bitki bədəndəki
suyu balanslaşdırır, qaraciyərdəki şişkinliyi aradan qaldırır,
bağırsaqların təmizlənməsinə yardımçı olur. A, C, K, B6 və E
vitaminləri ilə zəngindir. Kartof qabıqları ilə bərabər istifadə
olunduqda bir çox xəstəliyin sağalmasında əhəmiyyətli rol
oynayır.
- Kartofun lif qaynağı içindən daha çox
qabığındadır. Lif uzun müddət tox qalmağı təmin edir. Xolesterol
səviyyəsini aşağı salır və ürək infarktı riskini azaldır. Eyni
zamanda, pəhriz üçün uyğun bir qidadır. Lakin bu zaman miqdarına
xüsusi diqqət etmək vacibdir.
- Ən güclü kalium qaynağı olan kartof qabığı ilə
qaynadılıb istifadə olunduğunda bananın verdiyi kaliumun 3 qatını
verir. Kalium qan təzyiqini aşağı salıb balansda saxlayır. Eyni
zamanda, qandakı insulin səviyyəsini normallaşdırır. Buna görə də
şəkər xəstələri rahatlıqla qabıqlı kartof yeyə bilər.
- Bədən gündəlik olaraq bəzi minerallara ehtiyac
duyur. Səbəbi isə digər qida maddələrindən aldığı protein,
karbonhidrat və xolesterol kimi maddələrin parçalanaraq bədənə
doğru şəkildə yayılması məsələsidir. Manqan da bu minerallardan
biridir. Kartof qabığı bu mineral baxımından olduqca
zəngindir.
- B6 vitamin kompleksi bədənin vazkeçilməzləri
arasında yer alır. B6 vitaminləri beyin hormonlarının sağlam
işləməsi üçün vacibdir. Xüsusilə, böyük şəhərlərdə yaşayan
insanların gün içində kəskin templi iş və sosial həyatı beyini və
sinirləri tez yorur. Buna görə də B6-ya ehtiyac çox olur. Kartof B6
baxımından zəngin olduğu üçün stress, depressiya və yorğunluq kimi
narahatlıqları aradan qaldırır.
- Kartofu
qabıqları il birlikdə yaxşıca yuyub torpaqdan təmizləmək lazımdır.
Daha sonra qaynadıb və ya sobada qızardıb istifadə edə bilərsiniz.
Bu, insan bədəninin ehtiyacı olan C vitamininin 30%-ni qarşılayır.
C vitamini güclü bir antioksidant olduğundan bədəndə yığılan
zərərli maddələri xaric edir. Əzələ, sümüklərlə yanaşı, immun
sisteminə də fayda verir.
Mənbə: Publika.az