Ağciyərləri nikotindən təmizləmək üçün 9 qayda - Siqaret çəkənlərin diqqətinə
Çox
siqaret çəkən insanlar ağciyərlərindən narahatdırsa, siqareti
azaltmaqla yanaşı, ağciyər toxuması və bronxlarını siqaretlə dolan
toksinlərdən təmizləmək istəyirsə, qarşısına məqsəd qoyub aşağıdakı
məsləhətlərə əməl etməlidir.
Ağciyərləri təmizləmək üçün mütləq 1 həftə bunları etmək
lazımdır
1.Təmizlənməzdən 1 həftə əvvəldən bütün süd və süd məhsullarını
qidadan çıxarın. Onlar da orqanizmdə çöküntülü toksinlər yaradan
maddələrə malikdir.
2.Təmizlənmənin birinci günü axşam yatmazdan əvvəl bitki çayı-
çobanyastığı, nanə və ya qarğıdalı saçağı dəmləməsi
içməlisiniz.
3.Səhər yeməkdən əvvəl 300 ml suya 2 limonun suyunu sıxıb
içməlisiniz.
4.Saat 11-12 arası 300 ml təzə kök şirəsi içməlisiniz.
5.Naharda quru meyvələrdən kompot içir və ya qaysı qurusu ilə
yoqurt yeməlisiniz.
6.Yatmazdan əvvəl nar şirəsi içməlisiniz.
7.Gün ərzində bitki çayları için.
8.Təmizlənmə ərəfəsi hər gün dəniz duzu qatılmış isti vannada uzan.
Və ya isti saunaya gedə bilərsiz. Toksinlər tərlə çıxar.
9.Sonuncu mərhələ inhalyasiyadır. Qaynar suya 15 damcı ekvalipt
yağı damızdırıb, dəsmalı başına atıb, o suyun buxarı ilə nəfəs
alın.
Bütün bunları 1 həftə edirsiz. Daha sonra 3 aydan bir
təkrarlayırsız. Ağciyərləriniz nikotin qalıqlarından xeyli
təmizlənəcək.