Sarpda Türkiyəyə 1139 ədəd qol saatını gizlin aparmaq istəyən şəxs saxlanılıb
12:24 / 05.04.2019
Maliyyə
Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, Sarp gömrük
buraxılış məntəqəsində avtomobildə qurulmuş
xüsusi gizlin yerdə Gürcüstandan gömrük
nəzarətindən gizlin Türkiyə Respublikasına bəyan edilməmiş 1139
ədəd qol saatı aparmaq istəyən şəxs saxlanılıb. Saatların ümumi
dəyəri 17 199 larini təşkil edir.
İstintaq Xidmətinin məlumatına görə istintaq Gürcüstan CM-nin
214-cü maddəsinin birinci hissəsi ilə gedir.
Maddə cəza olaraq 3-dən 5 ilə qədər azadlıqdan məhrum edilməni
nəzərdə tutur.