Baş ağrısı bəzən bütün günümüzü məhv edə bilər.
Yuxusuz, əsəbi, stresslə dolu bir gündə kefimizi pozan bir şey
olanda baş ağrısı başlayır. Bu zaman sizin köməyinizə çatacaq iki
üsul var.
Bu üsulları
oxucular ilə bölüşürük:
Bir stəkan limon suyu götürün. İki çay qaşığı duz
əlavə edin və qarışdırın. Sonra isə böyük bir kasaya normal su
tökün və məhlulu üzərinə əlavə edin. Yenidən qarışıdırın və
süzgəcdən keçirin. Dadı yaxşı olmasa da, bunu içdikdən sonra həm
başınızın ağrısı keçəcək, həm də özünüzü yaxşı hiss
edəcəksiniz.
İkinci üsul isə
limon aromaterapiyasıdır. Yarım limonu əlinizdə ovuşdurub əzin.
Əzdikdən sonra bunu üzünüzə və alnınıza sürtün. Çox qısa müddət
sonra baş ağrısı keçəcək.
Mənbə: Ölkə.az