Ulduz falı: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
Qoç - Diqqətli, ayıq və sayıq olun. Yeni iş ritminə uyğunlaşmağınıza imkan verən təkanları təmin edən bütün dəyişikliklər və yeniliklərə sürətli reaksiya verin. Əməkdaşlığı düzgün qurun, işi və yükü bölüşdürün. Dominant mövqe tutmağa can atmayaraq bərabər məsuliyyət və səlahiyyətlərlə kifayətlənməkdə fayda var.

Buğa - Praktiki işlərlə məşğul olun, yaşam arealını qaydaya salın. Uzun müddət rutin, yeknəsək iş görüləsi məkanda səbrli olun.
Yaşamınızda yaranan mövzuları müşahidə edin. Əvvəllər də hazır olmadığınız məsələni sizə yenidən təklif edə bilərlər. Təşəbbüs və təklif sarıdan korluq yoxdur. Di gəl, başqa şəxslərin də diqqət və dəstəyinə nail olmaq gərəkdir.


Əkizlər - Hesablamalar, dəyərləndirmələr və emosional reaksiyalarda yanlışlığa yol verməyin. Səmimiliyiniz gözləntilərinizin əksinə olaraq, fərqli davranışa rəvac verəcək. Alış-veriş, maliyyə əməliyyatlarını təxirə salın.
Ailədə maddi məsələ ilə bağlı dartışma yarana bilər.


Xərçəng - Çoxdan bəri nigranlıqla gözlədiyiniz xəbəri alacaqsınız. Ödəniş, təklif və rəğbət təzahürü istisna deyil. Bu gün ifrat aktivlik nümayiş etdirməyin. Sabah yeni qüvvə, yeni istəklərlə işə başlamaq üçün bu gün özünüzü həddən ziyadə yormayın.
Bəzi problemlər aktiv müdaxilə olmadan da çözüləcək.


Şir - Yaxşı "dava" və ya müsabiqə, habelə qarşıdurma gözləntisindən qurtulun.
Pozitiv emosiyalar, həyata real baxış, perspektivlərin və yeni imkanların dəyərləndirilməsinə ehtiyac var. İntuisiyanız hadisələri qabaqlamasın.


Qız - Qəfil hadisələr və ya şərtlər bir zamanlar unutmağa çalışdığınız mövzunu sizə xatırladacaq insanla görüşə rəvac verə bilər.
Yaxın günlərdə sizi intensiv, xüsusi zəhmət tələb edən işlər gözləyir. İlkin hazırlıq, danışıqlar qaçılmazdır. Sizə yardım etmək istəyən adamlar az deyil.


Tərəzi - Aldığınız xəbərə vəziyyətin tələb etdiyindən artıq emosional reaksiya göstərməyin. Adekvat davranın. Hisslər və həyəcanlar baş verənləri dəqiq dəyərləndirməyə mane olmamalıdır. İndiki dövrdə fəaliyyətinizi dürüst nizamlamağın xüsusi əhəmiyyəti var. Qərar və yeniliklərdə tələsməyin.


Əqrəb - Maraqlı, amma qarışıq gündür. Şərtlərin sıralanmasını uğursuz hesab etmək əvəzinə situasiyadan maksimum yararlanmağa çalışın.

Baş verən hadisələr, sadəcə, ötənlərdəki əməllərinizin əks-sədası və indiyə gəlib çatan mesajlardır. Tənbəl və ətalətli olmayın, sayıq davranın. İşləri nəzarətdə saxlayın, münasibətlərdə müdrik olun. Tərəfdaş və ya şərikə təşəbbüslə çıxış etməyə imkan yaradın. Əlavə iş və tapşırıq həvalə etməyin, səhvləri xatırlatmayın.


Oxatan - Əvvəllər yol verdiyiniz səhvləri təkrarlamayın. Məram və niyyətlərinizin miqyasını genişləndirin, sevdiyiniz insanları sevindirin. Vədlərinizi yerinə yetirin və görülməmiş işlər silsiləsini bitirin. Alış-veriş üçün uğurlu gündür.
Ailə üzvləriniz və ya ev üçün nə isə almaq olar.


Oğlaq - Yarımçıq qalmış işləri başa vurun, borcları ödəyin, yaşam arealında nizam yaradın. Şəxsi məsələlərin həllinə vaxt ayırın.
Zahiri görkəminizi unutmayın. Olayların sürət və intensivliyindən asılı olmayaraq soyuqqanlı davranın.
Yaxın ətrafınızdakı insanlardan biri və ya bir neçəsi ilə münasibətlər gərginləşə bilər. Emosiyaların əsarətinə düşməyin.


Dolça - Yüz ölçüb-bir biçin və bu prinsipdən günün önəmli situasiyalarında yararlanın.
Yeni seçim variantlarının qəflətən yarandığı vəziyyətlərdə yalnız inanılmış, etibar etdiyiniz tərəfdaşlara güvənin. Ümumi işdə problemi həll etmək, daha yaxşı çözüm variantı tapmaq imkanları var.


Balıqlar - Emosiyaları qaydaya salmaq üçün yaxşı gündür. Sevdiyiniz insanların qayğısına qalın, onlara qarşı həssas və səmimi olun. Yaradıcılıq imkanlarınız yüksək səviyyədədir. Həmişəki kimi davranmaqdan çəkinərək fəaliyyət stilinizi dəyişdiyiniz, daha optimal və effektiv vasitə seçdiyiniz işlərdə uğur sizin olacaq.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google