Daxili İşlər Nazirliyi maşın nömrələrini tanıya bilən mobil sistem yaradır

Daxili İşlər Nazirliyi maşın nömrələrini tanıya bilən mobil sistem yaradır ki, bu da patrul polisi ekipajlarına müxtəlif riskli sürücüləri yerindəcə müəyyənləşdirmək imkanı verəcək.

Bu barədə Daxili İşlər Nazirliyi tərəfindən yayımlanmış məlumatda deyilir.

Nazirliyin məlumatına görə, patrul polisi ekipajlarına qeyd olunan sistem müxtəlif riskli sürücüləri yerindəcə müəyyənləşdirərək polis fəaliyyəti çərçivəsində preventiv xarakterli yoxlama aparmaq imkanı verəcək.

Bundan əlavə, ilin sonunadək gizli patrul fəaliyyəti həyata keçirən ekipajların sayı artırılacaq. Bu ekipajlar Gürcüstanın əsas şəhərlərində hərəkət edəcək və yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı sanksiya tətbiq edəcək.

Xatırladırıq ki, Daxili İşlər Nazirliyi bu gün yol təhlükəsizliyi baxımından vəziyyətin analizi, 2019-cu ilin sonunadək həyata keçiriləcək fəaliyyət planı və “Daha çox həyat üçün” adlı sosial kampaniyanın təqdimatını keçirib.


Mənbə: İnterPressNews

 

Print
თეგები: შსს