Kartof qızartması çox asan hazırlanan yemək
növüdür.
Amma nədənsə hər
kəsdə dadlı alınmır, istənilən formada qızarmır. Bəs kartofun dadlı
olması üçün nə etmək lazımdır?
Kartof qızartmasını daha dadlı edən bir neçə
məsləhəti təqdim edirik.
Soyuq və sirkəli
su
Kartofları suda saxlayanda içərisindəki nişasta
yavaş-yavaş tökülür və tərəvəz yumşalır. Bu, kartofların yaxşı
qızarmasına mane olan başlıca amildir. Odur ki, kartofları buz kimi
suyun içinə atın və bir-iki damcı sirkə əlavə
edin.
Soda
əlavəsi
Sodanın kartof qızartmasını daha dadlı etdiyini
bilirdiniz? Bunun üçün soda və duzu suya töküb qarışdırın. İçinə
kartofları da atıb 30 dəqiqə gözləyin. 30 dəqiqədən sonra süzüb
qızartmağa başlayın.
Dondurma
üsulu
Dondurulmuş kartofları qızardanda xırt-xırt
etdiyini yəqin ki, hiss etmisiniz. Eyni üsulu evdə də tətbiq etmək
olar. Bunun üçün kartofları dilimləyib, soyuducuya qoyub donmasını
gözləyin. Ən əhəmiyyətlisi, soyuq halda qızardın.
Mənbə: Publika.az