Ən təhlükəli qidalanma qrafiki
Alimlər sağlamlıq üçün ən təhlükəli qidalanma
qrafikini açıqlayıblar. Elm adamlarının fikrincə, gecə saatlarında
yemək yeyən şəxslər ertəsi gün səhər yeməyindən imtina edir. Bu da
ürək tutmalarının artmasına səbəb olur.
Mütəxəssislər hesab edirlər ki, yatmamışdan öncə qəbul edilən
qidalar çətin həzm edilir. Bununla yanaşı, yalnış qidalanma
hormonal balansı da pozur.
Braziliyada San-Paulo Universitetinin əməkdaşları ürək
çatışmazlığından əziyyət əkən 113 xəstənin sağlamlığını nəzarət
altına alıblar. Onlardan 57 faizi ən az həftədə 3 dəfə səhər
yeməyindən imtina edənlər, digər hissəsi isə yatmamışdan öncə gecə
saatlarında qidalananlar olub.
Alimlər qeyd ediblər ki, yuxu ilə qidalanma arasında minimum iki
saat ara olmalıdır. Səhər yeməyi isə gündəlik qəbul edilən
kalorinin 15-35 faizini təşkil etməlidir.