İnsanı ən tez qocaldan 7 amil – allergiya, şirniyyatlar, az təqaüd...
Elm
və tibb hələ insan orqanizminin təbii qocalma amilinin qarşısını
almaqda aciz olsa da, aparılan bir çox araşdırmalar insanlarda daha
erkən qocalmanın səbəblərini aşkar etməyə çalışır.
Maksimum gec qocalmaq üçün çalışmaq insanın öz əlindədir. Lakin elə
səbəblər var ki, istər-istəməz mənfi təsirini göstərməklə, insanı
daxilən və zahirən qocaldır.
Marneulifm Medicina.az-a istinadən bu 7 faktoru sizə
çatdırır.
1. Siqaret və daimi stress
Uzun müddət siqaret çəkmək, tütün, xüsusən qadınlarda cəmi 5 ilin
içərisində 10 il qocalma prosesini irəlilədərək, zahirən qocalıq
əlamətlərini artırır. Alimlər son araşdırmalarla sübut edib ki,
nəinki çəkənlər, həmçinin siqaret çəkənlərin 2-3 metr dianmetrində
olan insanlar da nikotindən zəhərlənərək qocalmağa başlayır.
Yəni ailədə ər çox siqaret çəkirsə, onun arvadının cavan və gözəl
qalması mümkün deyil.
2. Allergiya
Müasir tibbin hələ də qarışısında aciz qaldığı qlobal problemlərdən
biri allergiya immun sistemin anomal aktivliyi, ətraf mühitdən
allergenlərə reaksiyasıdır.
Daim ağır allergiyalardan əziyyət çəkənlər dermatit, bronxial astma
kimi xəstəliklərə tutulurlar ki, bu da orqanizmi qocaldır. Allergen
insanlar öz yaşıdlarından həmişə bir neçə yaş böyük görünür.
Selikli qişaların xroniki iltihabı, gözləri şişkinliyi, qızarması,
dəridə qaşınma dərinin tündləşməsi, piqmentasiyasının pozulması,
qırışların artmasına, gözlərin daha yaşlı görünməsinə səbəb
olur.
Allergiyası olan insanlar daha gənc yaşlardan kosmetoloq
müalicələrindən keçməlidir.
3. Yuxusuzluq
Sutkada 8 saatdan az yatan, xüsusən gecə yarıya kimi oyaq qalıb,
səhərəyaxın yatanlar tez qocalır, ömrünü azaldır.
Eləcə də çox yatanlar, çox uzananlar, fiziki aktiv olmayanlar da
nəinki tez qocalır, həmçinin tez ölür.
Məsələn, 70-80 yaşında çanaq-bud sümüklərini yıxılaraq sındıran
yaşlılar 1-2 il ərzində ölür. Səbəb isə çıxıq yox, həmin insanların
hərəkətsiz uzanmasıdır.
4. Çəkinin tez-tez artıb - azalması
Ömrünün çox hissəsində stabil çəkisi olmayanlar,
kökəlib-arıqlayanlar, ciddi pəhriz saxlayanlar daha tez qocalır.
Xüsusən 50 yaşdan sonra insanda kifayət qədər yağ toxuması
yoxdursa, o insan tez-tez xəstələnir, yaşıdlarından daha zərif
görünür.
5. Təqaüdə çıxmaq və az təqaüd
Ömür boyu çalışan, kollektiv mühitdə olan insanın birdən təqaüdə
çıxarılması ağır psixoloji zərbədir. Bu, onun beyninə də mənfi
təsir edir. Belə adamlar mütləq zehni və fiziki aktivliyini
qorumalı, nə iləsə məşğul olmalıdırlar. Əks təqdirdə tez qocalıb,
xəstəliklərlə mübarizə aparacaqlar.
Eləcə də çox qazanmağa meyilli insanlar az pensiya məbləğinə məcbur
qalanda, onlar dərin depressiyaya düşür, 1 ilin içində zahirən çox
qocalırlar.
6. Tənhalıq
Təklik, ətrafdan təcrid olunma ömrü qısaldır, insanı sürətlə
qocaldır. Müəyyən yaşdan sonra yaşlı insanlar təkcə ailə ilə
kifayətlənməyib, özlərinə qruplar, yaşıdlarından ibarət tanışlar
tapmalı, maksimum cəmiyyətdə olmalıdırlar. Hətta xəstə yaşlı insanı
belə, sakitlik yaxşıdır deyib tənhalığa təslim etmək olmaz.
7. Şəkər və şirniyyatlar
Ağ un, şəkər, çox mirdarda sadə karbohidratlar qəbul edən
insanlarda qocalma prosesi sürətlə gedir. Həmçinin müasir qidalanma
piylənmə, şəkər xəstəliyi yaradır, yaşlandıqda isə artrit və artroz
qaçılmaz olur. Ona görə gəncliyinizdə şirniyyat həvəskarı olsanız
da, 35 yaşından sonra şirniyyatı, ağ unu, makaronu qidanızdan
yavaş-yavaş çıxarın. Bu qanda qlükoza, insulinin miqdarını normadan
saxlayacaq və sizi tez qocalmaqdan qoruyacaq.