24 may üçün ulduz falı
24
May 2019-cu il, Ulduz falı. Hadisələrin öz məcrasında inkişaf
etməsinə şərait yaradın.
Qoç - ünsiyyətlə zəngin gün olacaq. Lakin yaxın ətrafınızdakı
insanlarla təmaslar o qədər də rahat olmayacaq. Sizə yeni işlər
tapşırmaq istəyənlərlə yanaşı, yardımlarınızdan bəhrələnmək
istəyənlər də var.
İnformasiya mübadiləsi və məlumatlardan yararlanın. Peşəkar
fəaliyyətinizlə birbaşa əlaqəsi olan məsələlərlə məşğul olmaq üçün
əlverişli zamandır. Eyni vaxtda bir neçə işlə məşğul olmalı
olacaqsınız.
Günün ikinci yarısında nümayişkaranə müqavimət göstərməyin.
Aldığınız xəbəri təhlil edin, faydalı məlumatları qulaqardına
vurmayın.
Axşam saatları səhhətinizin qeydinə qalın.
Buğa - məqsəd və hədəfləriniz artdıqca yoldakı maneələrlə sədlər də
ciddiləşir. Tələblərinizin sayını bir qədər azaldın, bəzi
situasiyalarda güzəştə getməyi bacarın. Sizə rədd cavabı vermək
istəyən adam fikrini dəyişə bilər.
Günün ikinci yarısında qərar qəbul edəndə üzdə olan variantı
seçməyə tələsməyin. Situasiyanı hərtərəfli araşdırın. Hadisələr
zəncirvari inkişaf edərək yaşamınıza yeni insanlar, ideyalar və
planlar cəlb edə bilər.
Axşam saatlarında ziddiyyətli emosiyalar yarana bilər. Etiraf
ehtiyacında birmənalı olmayan məqamlar aşkarlana bilər.
Sizdən sui-istifadə olunmasına yol verməyin.
Diqqətli və sayıq olun.
Əkizlər - kollektivdəki şərait qarşılıqlı yardımlaşma və əməkdaşlıq
tələb edir. Peşəkar fəaliyyət prosesində yaranan ləngimələr və
məhdudiyyətləri aradan qaldırın. Əks təqdirdə onlar yaxın vaxtlarda
ciddi problemlərə çevrilə bilər.
Maraqlarınız yaxın ətrafınızdakı insanların planları ilə
toqquşursa, ehtiyatlı davranın. Münaqişələri, fikir ayrılıqlarını
aradan qaldırın.
Emosional olmayın.
Axşam saatlarında ciddi məsələni həll etmək mümkün deyil.
Aktivliyin yeni mərhələsi ərəfəsində normal istirahət etməyi
unutmayın.
Xərçəng - yeniliklər özləntisi, planların reallaşdırılmasında ərəfə
istəkləri var.
Tələsməyin, düşünülməmiş addımlar atmayın. Mühüm xəbərləri
gözləyin. Səbr və işlərdəki soyuqqanlılıq xoşagəlməz problemlərdən
qurtulmağa yardım edər. Ünsiyyətinizi ümumi işlə məşğul olduğunuz
insanlarla məhdudlaşdırın.
Günün ikinci yarısında ev işləri stressdən qurtulmağa imkan
verəcək. Heç nəyi mürəkkəbləşdirməyin, çalışdığınız yerdə və yaşam
arealında qayda yaradın.
Gərginliyə ehtiyac yoxdur.
Maraqlandığınız işlə məşğul olun.
Şir - yaxın ətrafınızdakı insanların planlarınıza müdaxilə
etmələrinə imkan verməsəniz, çox işlər görmək olar. İşləriniz az
deyil. Yığılıb qalmış məktublara cavab verin. Maraqlı məlumatlar
ola bilər.
Günün ikinci yarısında tək qalmaq istəyəcəksiniz.
İdmanla məşğul olun. Bu zaman orqanizminizdəki endorfinlər sizə tam
sakitlik qədər xoş təsir göstərəcək.
Axşam saatlarında köhnə dostlarla görüş əhvalınızı
yaxşılaşdıracaq.
Qız - təşəxxüs və eqoizmdə heç bir xeyir yoxdur. Mühüm
situasiyalara nəzarət sizdə olsa belə, həssas davranın.
Yaşanacaq hadisələr eqosentrizminizdə yanıldığınızı göstərəcək.
İndiyədək sizə güzəştə gedən şəxs qəflətən müqavimət göstərə bilər.
Yaxın ətrafınızdakı insanları diqqətlə müşahidə edin.
Günün ikinci yarısında təzyiqlə təkanlara əl atmayın, sözlərinizdə
kateqorik və sərt olmayın.
Çətin situasiyada düzgün yolu müəyyənləşdirin. Tələsməsəniz, fayda
əldə edə bilərsiniz.
Tərəzi - ayın sonunadək olan proseslərin ərəfəsi olan gündür.
Əvvəlki günlərlə müqayisədə emosional gərginlik çoxdur. Yaxın
ətrafınızdakı insanlar sizdən diqqət və yardım gözləyirlər. Belə
gözlənti əsəbləri tarıma çəkə bilər.
Günün ikinci yarısında stressdən qurtulmaq üçün çalışın.
Sakit şəraitdə, tələsmədən işləyin. Problemlərin ilk siqnalları
alınarsa, zəruri tədbirlərə əl atın, vəziyyəti harmonik edin.
Əqrəb - dəyərlər sisteminiz bu gün problemlər yarada bilər. Dəqiq
seçim etməlisiniz. Günün uğurları və uğursuzluqları məqsədə doğru
irəliləyişdə seçdiyiniz kursun müəyyənləşdirilməsindən
asılıdır.
Günün ikinci yarısında seçim zərurəti yaranarsa, itki
verəcəksiniz.
Hadisələri bir qədər qabaqlayın ki, daha ciddi problemlərlə
qarşılaşmayasınız.
Dost məsləhəti faydalı ola bilər.
Axşam saatlarında yaxşı tanıdığınız insanlarla birlikdə olun.
Oxatan - əsas diqqəti işlərdə nizam yaradılmasına yönəldin.
Maraqlarınız itkilər və çətinliklər olmadan gerçəkləşdirilə bilər.
Qəfil qərarın təsiri altında maliyyə məsələlərinizlə bağlı
düşünülməmiş addım atmayın.
Yaranacaq çətinliklər bundan sonra qarşılaşacağınız problemlərin
carçılarıdır.
Münasibətlərinizin normada qalmasına fikir verin. Münaqişəyə səbəb
arayanların toruna düşməyin. Aldığınız xəbərləri təhlil edin.
İfrat dərəcədə yorulana qədər çalışmayın.
Oğlaq - fəaliyyətdə məhdudiyyətlər yoxdur. Emosional baxımdan
əhvalınız dəyişə bilər. Mənasız təşviş, səbəbsiz depressiya, baş
verənlərin pis məcrada görünməsinə aludə olmayın.
Daxili durumunuzu təhlil etməyə çox vaxt ayırmamaq üçün
çalışın.
Günün ikinci yarısında yaranan qayğılar müstəsna diqqət tələb edir.
Problemlər həll olunmazsa və ya təxirə salınarsa, çat böyüyəcək,
sonradan fəsadları aradan qaldırmaq daha da çətin olacaq.
Yaşananları ciddi şəkildə təhlil edin.
Dolça - iş həyatınızın yeganə mənası deyil. Bunu anlayın və bilin
ki, işlərin bir hissəsi bilavasitə nəzarətiniz olmadan da yerinə
yetirilə bilər. Qüvvə və imkanlarınızı daha ciddi layihəyə qorumaq
üçün bəzi planlardan imtina etmək gərəkdir.
Günün ikinci yarısında hansısa məsələni həll edə bilmirsinizsə,
situsiyaya kəskin müdaxilələr etməyin.
Hadisələrin öz məcrasında inkişaf etməsinə şərait yaradın.
Balıqlar - diqqəti cəlb etmək üçün əlahiddə addım atmağa səbəb
yoxdur. Tələsik çalışmayın, sıçrayış üçün qüvvə toplayın. Sizə
lazım olan məsələ əlahiddə səylər və zəhmətiniz olmadan həllini
tapacaq.
Şərtlərin uğurlu durumu düzgün yolda olduğunuzu
göstərəcək.