6 iyun üçün ulduz falı
06
İyun 2019-cu il, Ulduz falı. Yaxın ətrafınızdakı insanlarla
müqayisədə siz daha aktiv çalışmalısınız
Qoç - Hadisələri tələsdirməyin, tam formalaşmamış situasiyalara
kobud müdaxilələr etməyin. İşləri tez başa vurmaq üçün
mütəxəssislərin yardımlarından istifadə edin. Yaxşı çalışsanız,
gəlirləriniz pis olmayacaq.
Günün ikinci yarısında işgüzar təmaslarda sakit, soyuqqanlı olun.
Diplomat təki davranın. Yaxın ətrafınızdakı insanlardan birinin
yardıma ehtiyacı var. Görəcəyiniz işin ödənişini istəyəndə məbləği
realistcəsinə formalaşdırın. Gərgin vəziyyətdə emosiyalarınıza
hakim olun.
Axşam saatlarında gəzintiyə çıxın.
Buğa - Daha bir harmonik gündür. Bir qədər əvvəl başladığınız
işləri yarımçıq qoymayın. Maneə və sədlərdən qorxmayın.
İntuisiyanızla praktiki hissiyatınız sizə məsuliyyətli işlərdə,
önəmli məsələlərdə dürüst seçim etməyə imkan verəcək.
İfrata varmayın. Tamahkarlıq etməyin.
Günün ikinci yarısında imicinizin qeydinə qalın. Nüfuzunuza zərbə
vura biləcək qərarlar verməyin. Stilinizi qoruyun.
Hormonal balansa fikir verin. Səhhətinizin qeydinə qalın.
Əkizlər - Günün ilk yarısında başlayacağınız işlərdə qətiyyətli
olun, yarıyolda dayanmayın. Mühüm mərhələlər və dönəmlərə fikir
verin. Ən yaxşı keyfiyyətə can atın. Belədə zəhmətinizin nəticəsini
görəcəksiniz, səyləriniz boşuna getməyəcək.
Günün ikinci yarısında yeni prosesə başlamaq olar. Evin təmiri,
fərqli biznes, yeni iş yerinə adaptasiya üçün əlverişli
zamandır.
Unutmayın ki, istənilən işdə ardıcıllıq və sistematik fəaliyyət
əsas məsələlərdən biridir. Cari işlərlə məşğul olarkən uzunmüddətli
perspektivləri də unutmayın.
Axşam saatlarında səfər ola bilər.
Xərçəng - Biliklərinizlə potensialınızı nümayiş etdirmək üçün əla
zamandır. İşgüzar münasibətlər ilə məişət problemlərini
qarışdırmayın. Ən çətin problemin həllini, istək olarsa, gəlirli
olaya çevirmək olar.
Günün ikinci yarısında başladığınız işlərin praktiki yönlərinə
xüsusi fikir verin. Yaxınlarınızın qeydinə qalın. Dəyər verdiyiniz
insanın qayğıya ehtiyacı var.
Kiminsə xoşuna gəlməyə çalışmayın. Öz işlərinizlə məşğul olun.
Axşam saatlarını maraqlandığınız işə ayırın. Hobbini yada salmaq
olar.
Şir - Təmkinli olun. Harmoniya düşünülmüş fəaliyyətdədir. Fəaliyyət
sahəsindəki yenilikləri dəqiqləşdirin, təhlil aparandan sonra
məntiqi seçim edin.
Alış-verişdə kredit kartlarından çox istifadə etməyin. Kredit
məbləğlərinin aylıq ödənişlərinin ilk baxışdan "kiçik" olmasına
aldanmayın.
Günün ikinci yarısında rasionunuza fikir verin. Pəhrizə və ya
məşqlərə başlamaq üçün münasib zaman deyil. Orqanizminiz üçün
"stress-test" keçirməyin.
Qız - Hansısa məsələdə dərin şübhələriniz varsa, tələsik addım
atmayın. Kompromisə, güzəştli həll variantına zərurət duyulur.
İşlərin sonucunun uğur səviyyəsi məhz sizdən asılıdır.
Durumun maliyyə yönlərinə xüsusi fikir verin.
Günün ikinci yarısında yeni iş təklifi ala bilərsiniz. Gəlirlərin,
yaxud maaşın müntəzəmliyinə, habelə məbləğinə xüsusi fikir verin.
Hadisələrə ciddi təsir imkanlarına malik insanla əlaqə saxlayın.
Sevdiyiniz insanın diqqət izharlarınıza ehtiyacı var.
Tərəzi - Situasiyanı tam anlamaq üçün praqmat olun. Hisslərin
əsirinə çevrilməyin. Fəaliyyətinizin maddi ekvivalentini düşünün.
Zəruri ehtiyacları və tələbatları ön plana çəkin. Yaşam və
fəaliyyət əlavə xərclər tələb edəcək.
Günün ikinci yarısında işlərinizi effektləşdirə biləcək amillər,
avadanlıq və ya vasitəyə yiyələnmək üçün əlinizdən gələni edin.
Simiclik zamanı deyil.
Maddi durumunuzu götür-qoy edin. İzafi xərclər mənasızdır.
Axşam saatlarında informasiyanı təftiş edin.
Əqrəb - Münasibətlərdə tarazlığı qoruyun. Aqressiv, həyasız,
davakar insanlardan uzaq durun. Maliyyə anlaşmaları, xidmət
mübadiləsi və qarşılıqlı fəaliyyətlə bağlı məsələlər xüsusi
aktuallıq kəsb edəcək. Yeni tərəfdaşlığa başlayarsınızsa,
hərdəmxəyallıq etməyin. Yaradıcılıq alyansları üçün münasib
zamandır.
Günün ikinci yarısında müzakirəni şouya çevirmək istəyənin
planlarını alt-üst edin. İnandığınız, etibar etdiyiniz insan
yanınızda olmalıdır. Axşam saatlarına yaxın tənhalıq, nisgil,
bədbinlik istisna deyil.
Axtardığınız insan sizi arayır.
Oxatan - Vurnuxma və tələskənliyə aludə olmayın. Mövqelərinizin
dayanıqlı, gəlirlərinizin stabil olmasını istəyirsinizsə, şirin
dillərə, yaltaqlığa, şayiələrə inanmayın. Borc verməyin, borc
almayın. Yalnız zərurət duyduğunuz əşyanın əldə olunması və ya
yeni, gəlir vəd edən layihə üçün kredit götürmək olar.
Günün ikinci yarısında tənqidə kobud reaksyia verməyin.
İmmunitetinizi gücləndirin. Sağlam qidalanın. Səhhətinizin qeydinə
qalın.
Axşam saatlarına yaxın sosial şəbəkələrdə çox vaxt keçirməyin.
Beyninizi mənasız informasiya, idiotik xəbərlərlə yormayın.
Oğlaq - Yaşamdan həzz almağa çalışın. Fəaliyyətinizin konkret
nəticələrinin daha yaxşı olması üçün mümkün variantlar arasından ən
yaxşı taktikanı seçməlisiniz.
Biznesdə, yeni layihələrdə, habelə yaradıcılıq axtarışlarınızdakı
aktivliyiniz sonucsuz qalmayacaq. Birgə fəaliyyətdə praktiki
məsələlərin önəmi artacaq.
Günün ikinci yarısında sizə yalan danışacaq, arxadan zərbə vurmaq
istəyəcəklər. Bədxah adamın çirkin niyyətinin reallaşmaması üçün
sadəlövh olmayın. Hər deyilən sözə inanmayın. İnandığınız insanla
əməkdaşlığı genişləndirin.
Dolça - Yaxın ətrafınızdakı insanlarla müqayisədə siz daha aktiv
çalışmalısınız. Ağır fiziki işlər məsləhət deyl. Xırdalıqlara fikir
verin, aktiv olun, enerjili insan təsiri bağışlayın.
Ümumi mənzərə barədə bitkin məlumatlar əldə etmək üçün səy
göstərin.
Günün ikinci yarısında problemləri ilkin mərhələdə həll edin,
onların ağırlaşmasına şərait yaratmayın. Rutin və cari işlərdən
yayınmayın.
Maliyyə məsələlərində diqqətli olun. Evdə təmirə və ya
abadlaşdırmağa başlamaq üçün əlverişli zamandır.
Balıqlar - Effektiv əməkdaşlığa, məhsuldar tərəfdaşlığa mane olan
ziddiyyətləri aradan qaldırın. İşgüzar məsələlərin nəzərdən
keçirilməsi zamanı xırdalıqlarda güzəştə getmək olar. Hansısa
təfərrüat sizi narahat edirsə, anlaşmanın müvəqqəti və ya
alternativ variantını təklif edin.
Günün ikinci yarısında gəlirləri artırmaq şansları var. Fərdiyyətçi
olmayın, eqoistlik səviyyəsini artırın. Şəxsi münasibətlərdə
qarşılıqlı diqqət və sayğı çox önəmlidir.