11 iyun üçün ulduz falı
11
İyun 2019-cu il, ulduz falı. Əsas məsələ emosiyalarınızı nəzarətdə
saxlamaqdır
Qoç - Leda və Tefeyanın münasibətləri nəyin bahasına olursa-olsun,
irəliləyişə və uğura nail olmağa çalışacağınız günü vəd edir.
Situasiyanın istənilən vasitədən yararlanmağı tələb etdiyini düşünə
bilərsiniz. Amma belə davranış sizə yeni problemlər yaradacaq,
çünki intriqa məharətiniz yoxdur. Yerinə yetirmək fikrində
olmadığınız vədlər verməyin.
Sözünüzün üstündə durun. Halbuki o vədə sonradan təəssüflənə
bilərsiniz.
Sövdələşmə və gəlir əldə etməyə yönəlmiş işlər üçün uğurlu
gündür.
Əks cins mənsubu ilə münasibətlər yaxşı alınacaq.
Buğa - Umbriel və Lisiteyanın münasibətləri uğursuz emosional fonlu
gün vəd edir. Əhval-ruhiyyəniz stabil deyil. Sizi təbdən çıxarmaq
üçün ən cüzi məsələ yetər.
Xırdalıqlar və təfərrüatlara görə narahat olaraq mühüm məqamı
gözdən qaçırmayın. Yaxın adamlarla fikir ayrılığı yaranacaq. Asan
olmasa da, münaqişəyə yol verməyin.
Önəmli maliyyə və əmlak məsələlərini həll edin. Biznes və
sövdələşmələr üçün uğurlu gündür.
İşgüzar danışıqlar uğurla başa çatacaq.
Əkizlər - Mimas və Hiperionun münasibətləri sizə yaxşı gün vəd
edir. Günün uğurları təsadüfi deyil. Onlar zəhmət və əzmin
sonuclarıdır.
Fiziki iş sizə həzz verəcək. Lakin belə işə başlamazdan əvvəl nəyi
necə edəcəyinizi müəyyənləşdirin. Dəqiq fəaliyyət planı olmadan
vaxtınızı hədər xərcləyəcəksiniz.
Gəzinti, aktiv istirahət, idmanla məşğul olmaq əhvalınızı
yaxşılaşdıra bilər.
Əgər enerjinizi sərf etməyə yer tapmırsınızsa, onu dinc məcraya
yönəldin. Aqressiv, impulsiv və sərt davranmayın.
Münaqişələrə yol verməyin, yaxın ətrafınızdakı insanların
mövqelərini və hisslərini nəzərə alın.
Xərçəng - Amalteya və Fobosun münasibətləri nikbin gün vəd edir.
Problem yarana bilər, amma ruhdan düşməyin. Gec-tez istəyinizə
çatacaq, məqsədinizi reallaşdıracaqsınız.
Həmin uğurlu günün nə zaman olacağı isə sizin qətiyyət və
əzminizdən asılıdır. Əvvəllər sizinlə bağlı neytral mövqe tutan və
hətta bədxahlarınızı dəstəkləyən insanlar indi müttəfiqinizə
çevriləcəklər.
Ailə üzvləriniz və yaxınlarınızın əhvalını yüksəldin, onların ruh
düşkünlüyünə qapılmasına imkan verməyin. Ailədə hüzur və harmoniya
sizdən asılıdır.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Səmimiyyətiniz
minnətdarlıqla qarşılanacaq.
Şir - Serera və Neptunun münasibətləri günün ilk yarısında itki,
kiçik münaqişə vəd edir. Bu problemlər sizi ciddi narahat
etməməlidir. Yaxın ətrafınızdakı insanların tənqidlərinə və
açıqlamalarına çox sərt, aqressiv reaksiya verməyin.
Umu-küsü və incikliyin real səbəbi olmaya bilər. Reaksiyanızı
nümayiş etdirməməyə çalışın. Əks təqdirdə sonradan peşman ola
bilərsiniz.
Sizə əziz insanlarla ünsiyyətdə problemlər yarana bilər. Uzaq
səfərlərə yollanmaq məsləhət deyil.
Axşam saatlarında ehtiyatlı olun.
Qız - Pluton və Marsın münasibətləri günün ilk yarısının uğurlu
olacağını vəd edir. Baş verən olaylara rəğmən, əhvalınız yaxşı
olacaq. Lakin qələbənizə həddən ziyadə inanaraq xırdalıqlar və
detalları nəzərdən qaçırmayın.
Yaxın ətrafınızdakı insanlar da sizə baxaraq əzmli və qətiyyətli
ola biləcəklər.
Qeyri-standart həllər, hətta özünüzü belə, təəccübləndirəcək
qərarlar günüdür. Gözlənilməz görüşlər istisna deyil. Onlardan biri
yeni münasibətlərin əsasını qoya bilər.
Ailə işləri, yaxınlarınız üçün dəyərli olan məsələlərin həlli üçün
əlverişli gündür.
Tərəzi - Haumea və Yerin münasibətləri istənilən yaradıcı proseslər
üçün uğurlu gün vəd edir. Yaxşı ideyalar və fantaziya qıtlığından
şikayətlənməyəcəksiniz.
Qəfil təkliflər istisna deyil. Təklifləri qəbul etsəniz, qiymətli
təcrübə əldə edə bilərsiniz. Yeni tanışlıqlar qazanmaq olar.
İnsanlarla asanlıqla dil tapın, onları dürüst dəyərləndirin.
Səfər, gəzinti, maraqlı yerlərə baş çəkmək üçün əlverişli
gündür.
Günün ikinci yarısında səhhətdə problemlər yarana bilər. Ağrı,
xroniki problemin fəsadlaranının üzə çıxması istisna deyil.
Orqanizmi gücə salmayın.
Əqrəb - Makemake və Veneranın münasibətləri sizdən günün ilk
yarısında ehtiyatlı davranmağı tələb edir. Səhv etmək asan, onun
nəticələrini aradan qaldırmaq isə çətindir.
Kimə etibar etmək, kiminlə də etinasız davranmaq gərəkdiyini
müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlardan birisinin
sifətində maska var. Amma o maskanın arxasında hansı sima olduğunu
bilmirsiniz.
İntuisiyanız həmişəki kimi, kəskin deyil. Qərar qəbul etmək asan
deyil.
Günün ikinci yarısı daha uğurlu olacaq.
Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin. Məhsuldar, əzmkar,
inadkar şəkildə çalışın.
Dostlar və qohumlarla ünsiyyət üçün əlverişli gündür.
Oxatan - Erida və Merkurinin münasibətləri başladığınız işlərdə
uğurlar vəd edir. Tam yeni işə və ya layihəyə başlamaq olar. Yetər
ki, qətiyyət və əzm nümayiş etdirəsiniz. Sürəkli, ağır işə hazır
olun. Ağır fiziki iş istisna deyil.
Təmir və ya tikintiyə başlamaq, daşınmaz əmlakla bağlı əməliyyatlar
aparmaq mümkündür.
Görüşlər xoş ola bilər. Maraqlı tanışlıqlar istisna deyil.
Tanımadığınız insana etibar etməyin.
Günün ikinci yarısında başlayacaq münasibətlərin uzunmüddətli
perspektivi olmayacaq.
Oğlaq - Mars və Eridanın münasibətləri sizdən qıcıqlı, hirsli
olmamağı tələb edir. Emosiyaları tamamən nəzarətdə saxlamaq mümkün
olmasa da, buna can atın.
Emosiyalar sizə yaxın olan insanlarla münasibətlərinizə ağır zərbə
vura bilər. Dürüst qərar qəbul etmək çətindir.
Yaxın ətrafınızdakı insanlar sizdən soyuqqanlı, təmkinli davranış
gözləyirlər. Bu məziyyətləri nümayiş etdirməsəniz, onlar pərişan
ola bilərlər.
Səhər saatlarında yaranan problemi günün ikinci yarısında həll
etmək olacaq.
Sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə edərək
suallara cavab ala bilərsiniz.
Zədə və travma riski var.
Fiziki iş, sürəkli gəzintidən imtina edin.
Dolça - Saturn və Veneranın münasibətləri istənilən faydalı işi
məsləhət bilir. Sizin üçün çətin işlər yoxdur. Qarşınıza qoyduğunuz
məqsədə çata bilərsiniz.
Əsas məsələ emosiyalarınızı nəzarətdə saxlamaqdır. Çünki bu gün
məhz emosiyalar sizə mane ola bilər. Yaxın ətrafdakı insanların
hisslərinə mütləq diqqət yetirin. Əks təqdirdə münaqişələr yarana
bilər.
Yeni tanışlıqlar üçün əlverişli gündür. Bu gün qarşılaşdığınız
adamların bəziləri sizə sonradan faydalı ola bilər.
Maliyyə durumu stabil deyil. Ciddi, planlaşdırılmamış məsrəflər ola
bilər.
Balıqlar - İmpulsiv, emosiyaların təsiri altında davranmayın.
Hansısa addımı atmazdan əvvəl düşünün. Baş verənlərə yüksək sürətlə
reaksiya verin, ətrafınızdakı insanları qabaqlayın. Lazımlı vaxtda
lazımlı yerdə olun.
Şəxsi münasibətlərdə tələsməyin. Tələsik və düşünülməmiş qərarlar
yaxşı heç nə vəd etmir.
Dost və ya qohumla fikir ayrılığı ola bilər. Ümumi mülkiyyət,
şərikli maliyyə məsələlərinə görə münaqişə də istisna deyil.
Günün ikinci yarısında halsızlıq ola bilər.
Səhhətinizə fikir verin. Yuxusuz qalmamaq üçün streslər
məngənəsindən qurtulun.