Şaban Məmmədov Qran-Pri mükafatına layiq görüldü - VİDEO
Bu gün, 14 iyun tarixində Marneuli Mədəniyyət evində "Sxva Sakartvelo sad aris" adlı festivalın finalı keçirilib.

Festivalda münsiflər, iştirakçılar və dövlət məmurları iştirak edirdilər. "Sxva Sakartvelo sad aris" adlı festivalda Marneulini təmsil edən gənc müğənni Şaban Məmmədov finalda ifa etdiyi "Herio Bicebo" mahnısı ilə yüksək bal toplayaraq "Qran-Pri" mükafatına layiq görülüb.

6, 7 və 8 iyun tarixlərində festivalın birinci, ikinci və üçüncü turu baş tutub. Şaban Məmmədov 1-ci turda münsiflərin hər üçündən 10 bal toplayaraq ikinci tura keçmə şansı qazanıb.

Məmmədova "Qran-Pri" mükafatını Marneulinin yeni meri Zaur Darğallı və tanınmış müğənni Temur Tsiklauri təqdim edib.



Onu da qeyd edək ki, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili Şaban Məmmədovu xüsusi diplomla təltif edib.



Xatırladaq ki, festivalda Marneuli, Sacxere, Rustavi, Zalqa, Bolnisi, Qori və Axaltsixedən olan yarışmaçılar iştirak edirdilər.

"Marneuli" radiosu
Print
თეგები: Marneulifm Marneuli