12 ilik attestatlar nə zaman veriləcək - AÇIQLAMA
12-ci sinifi bitirən şagirdlər 24 iyun tarixindən etibarən Ədliyyə evinə müraciət edərək attestatlarını götürə biləcəklər.

Daha əvvəl Marneuli radiosu ilə söhbəti zamanı Marneuli Təhsil Resurs Mərkəzinin direktoru Kənan Ömərov qeyd etmişdi ki, məktəbi bitirən 12-ci siniflər 15 iyun tarixindən sonra Ədliyyə evinə müraciət edərək attestatlarını götürə bilərlər.

Onu da qeyd edək ki, abituriyentlər hər hansı bir əlavə sənəd təqdim etməyəcəklər, onlar sadəcə olaraq şəxsiyyət vəsiqələrini təqdim edəcək və ərizə formasını dolduraraq attestatlarını alacaqlar.

Xatırladaq ki, Təhsil Nazirliyinin qərarına əsasən bu il orta məktəblərdə attestat imtahanları ləğv olunub.

"Marneuli" radiosu
Print
თეგები: Marneulifm Marneuli