Marneuli Gənclər Mərkəzində qan vermə aksiyası keçiriləcək
21
iyun tarixində Marneuli Gənclər Mərkəzində yardım məqsədi ilə qan
vermə aksiyası keçiriləcək.
Gənclər Mərkəzinin nümayəndəsi Gülbən Əliyevanın sözlərinə görə,
Marneulidə yaşayan 3 yaşlı qız leykemiyadan əziyyət çəkir və onun
ayaqları hərəkətsiz qalıb. Həkimlərin qoyduğu diaqnoza görə, qıza
kimya terapiyası tətbiq olunmalı və 6 ay müddətində qan köçürmə
həyata keçirilməlidir, daha sonra isə nəticə müəyyən olunacaq.
Adının çəkilməsini istəməyən valideynlərin imkanları olmadığından
Gənclər Mərkəzinin nümayəndələri ailəyə bu şəkildə kömək etmək
istəyiblər.
Qeyd edək ki, aksiya 21 iyun səhər saat 10:00-dan axşam saat
20:00-dək "Tea House"da ("Çay Evi") keçiriləcək.
İştirak etmək könüllüdür.