Marneulili abituriyentlər Milli İmtahanlarda olan çətinliklərdən və problemlərdən danışdılar - Sorğu

1 iyul tarixindən etibarən Gürcüstanda ali məktəblərə qəbul imtahanı başlayıb.


Hər il imtahanlarda suallar və keçid balı dəyişdiyinə görə bu günü müəllimlər, valideynlər və abituriyentlər böyük həyəcan və qorxu ilə gözləyirlər.

Abituriyentlərin əksəriyyəti düşünürdülər ki, attestat imtahanları ləğv olunduğuna görə qəbul imtahanlarının sualları çətin olacaq və keçid balı artıq olacaq.

3 iyul tarixində Gürcüstanda yaşayan etnik azlıqlar da qəbul imtahanlarında iştirak edirdilər. Bunların arasında Marneulili abituriyentlər də yer almışdı.

Marneulili abituriyentlər imtahanla bağlı düşüncələrini "Marneuli" radiosu ilə bölüşərək imtahanın çətin olub-olmamasını dəyərləndirdilər.


Abituriyentlərin sözlərinə görə, ötən ilin testləri ilə müqayisədə bu ilki imtahan testləri çətin olub. Onlar deyirlər ki, riyazi hissədə verilmiş məsələnin şərtlərində bir çox səhvlər yer alıb ki, bu səhvlər səbəbindən də onlar imtahanda nə qədər bal toplayacaqlarından əmin deyillər. Hətta abituriyentlər imtahan müddətinin dəqiq qeyd olunmamasından da şikayətçidirlər. Elə buna görə də imtahanı yarımçıq qoyaraq tez çıxanlar da olub.

Xatırladaq ki, Gürcüstan üzrə ali təhsil olacaqlarına qəbul imtahanı 23 iyul tarixində başa çatacaq.

"Marneuli" Radiosu

 

Print
თეგები: Marneulifm Marneuli