Marneuli 3 saylı bağçasında bir çarpayıda 3 uşaq yatızdırırlar
Marneulinin üç saylı uşaq bağçası "Çiori"də bir müəllim gündəlik qırx, bəzən daha çox uşağı sakitləşdirməli olur. Səhər saat 9-dur, valideynlər simalarında narahatçılıqla uşaqları bağçanın həyətinə gətirirlər. Hamının eyni problemi var. Yetərsiz çarpayılar, sayından artıq uşaqlar və reallığa uyğunlaşmaq.

“O qədər qrup var ki, fiziki olaraq hara yerləşdirəcəklərini bilmirlər və qarışıqlıqdır. Keçən il belə deyildi. Deyirlər qaydasına salacağıq, amma fiziki olaraq həmin bağçanın qrupunda 40 uşaq olmayacaq ki? Bilmirəm nə olacaq. Mən uşağımın əlindən tutdum və böyük uşaqların qrupuna apardım, çıxış yolunu bunda gördüm. Müəllimlər lazım olan proqramı uşağa tədris edə bilməyəcəklər”.



Mövcud vəziyyətdən narahat olan müəllim "Marneuli" radiosu ilə problem haqda açıq danışır və deyir ki, kiçik yaşlı uşaqların qupunda xüsusi problem var. Uşaqlar sərbəst yeyə və vacib ehtiyaclarını özləri qarşılaya bilmirlər. Qapıya isə kiçik masa qoyublar ki, qırx uşaqdan kimsə bayıra çıxmasın. Belə vəziyyəti qrupda 2 nəfər idarə etməlidir.

“Bağçada qırx uşaq olmalıdırmı? Heç bir halda olmamalıdır. Bir müəllim var bütün uşaqlar pampers taxır. Hamını dəyişməlisən və geyindirməlisən, 25 uşaq olmalıdır 40 uşaq var. 1 müəllimdir, heç bir köməkçi yoxdur, ikinci nöbvə çalışmır və əmək haqqı da artmır” – müəllim deyir və biz orada olarkən siyahıya daha iki uşaq əlavə edir.  



Bilir ki, bu gün hamını bir çarpayıda yatızdıra bilməyəcək. 

“Üç uşaq bir yerdə yatır. Bəzi valideynin etirazı da var, amma mən dedim ki, özünüz vəziyyəti görürsünüz istəyirsiniz uşağınızı saxlayın, istəyirsiniz aparın. Bəzi uşaqlar yenidir və çarpayıya apara bilmirəm, amma hamısı gəlsə buraya yerləşməyəcəklər”.



Həmin bağçada əlində sənəd olan validyenlərin sayı azalmır. Səhər tezdən qapıda ümidlə dayanıblar ki, necəsə rezerv siyahısına yazılmış uşaqları bağçadan kənar qalmasın.

“Biz validyenlər nə edək, problem bağça rəhbərinin günahı deyil, bu dövlətin günahıdır, bağçalar inşa etsinlər və yer də olacaq. Hər il tələb edirik, ərizə yazırıq ki, bağça tiksinlər. Şulaveridən, Maradisidən buraya gəlirik”.

Həmin bağçanın rəhbəri Ketevan Minadze problemi görür, ancaq deyir ki, yeni bağçaların tikilməsinə qədər “birtəhər idarə etməlidirlər”.

“Bağçada köməkçi müəllim və əsas müəllim çalışırsa o zaman maksimum 30 uşaq olmalıdır. Bir nəfərə 15 uşaq. Amma bizim köməkçimiz yoxdur. Bugünkü vəziyyətə görə qrupda 40, 43 uşaq var. 38 uşaqdır və qrup 26 nəfər üçün nəzərdə tutulub, 26 çarpayı var. Yenə yaxşı ki, uşaqların 100% hər gün gəlmir, bu bizə kömək edir. Çalışırıq ki, qohum qohumla birgə düşsün, oğlanlar birgə qızlar birgə yatsınlar” - bağça sədri deyir və bildirir ki, valideynlərə həmişə mövcud vəziyyətlə bağlı məlumat verirlər.

“Qəbul zamanı hamı iki uşağın bir çarpayıda yatmasına razıdır. Qəbul olduqdan sonra hər gün sıraya düzülürlər ki, vəziyyət niyə belədir və niyə qəbul edibsiniz”.

Marneuli bələdiyyəsinin “Çiora” uşaq bağçası 280 uşaq üçün nəzərdə tutulub. Bugünkü göstəricilərlər isə siyahıda 475 uşaq var.



Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi bağçalarda vəziyyətin qaydaya salınmasına bu il söz vermir. Birliyin sədri Zaur Kərəmov deyir ki, uşaqların bayırda qalmaması üçün lazım olandan artıq uşaq qəbul etmək məcburiyyətində qalıblar.

“Gələn il iki yeni bağça tikiləcək və bu problem olmayacaq. Ona qədər isə məcburuq. İndi valideynləri çalışan uşaqları rezrvdən də əlavə edirik”
– Zaur Kərəmov deyir.

3 saylı uşaq bağçasının yetərli sayda çarpayısının olmaması ilə bağlı Kərəmov deyir ki, problem müəyyən qədər belə həll olacaq ki, uşaqların hamısı hər gün bağçaya getməyəcək. Buna zəmanəti isə “öz təcrübəsinə əsaslanaraq verir”.

Bağçaların tikilməsi bələdiyyə üçün priortetli istiqamətlərdən biridir ki, bunu Marneulinin meri Zaur Darğallı da təsdiq edir və deyir ki, bu baxımdan gələn il işlər planlaşdırılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google