Marneuli və Bolnisi bələdiyyələrinə tətbiq olunan məhdudiyyətlər
Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə keçib.

Bu barədə məlumatı Gürcüstanın Baş naziri Qiorqi Qaxaria 23 mart tarixində saat 00:30-da keçirilən brifinqdə verib. Bu qərar Marneulidə bir qadında koronavirus təsdiqləndikdən və onun yoluxma mənbəyinin müəyyən edilməsindən sonra qəbul edilib.

Marneuli və Bolnisi bələdiyyəsində müəyyən məhdudiyyətlər qoyulub:
  • “Bu gündən Marneuli və Bolnisi bələdiyyələrini giriş və çıxış məhdudlaşdırılır. Bütün obyektlər bağlanır.
  • Yalnız qida məhsulları, dərman və kritik infrastrukturla bağlı başqa obyektlər əlçatan olacaq. İctimai nəqliyyatın hərəkəti dayandırılır.
  • Bələdiyyələrin ərazisi daxilində hərəkət məhdudlaşdırılır, sakinlər yalnız qida məhsulları və ya dərman almaq, yaxud tibbi xidmət üçün hərəkət edə bilərlər.
  • Marneuli və Bolnisi sakinlərinə tibb işçiləri tərəfindən yazılmış protokola uyğun olaraq kənd təsərrüfatı işləri aparmağa icazə veriləcək.
  • Bələdiyyə ərazisində ictimai asayişi Daxili İşlər Nazirliyi qoruyur.
Marneulinin “Geo Hospitals” klinikasının ərazisində səhra hospitalı qurulacaq, “Aversi” klinikası isə öz fəaliyyətinə davam edəcək.
Marneuli ərazisində mətbuat vasitələrinin fəaliyyəti də qismən mədudlaşdırılacaq. Bələdiyyədə fəaliyyət göstərən mətbuat vasitələri işlərinə maneəsiz davam edəcəklər, mərkəzi mətbuat vasitələri yalnız İctimai Yayımçıdan məlumat alacaqlar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google