Marneuli meri bir daha əhalini evdə qalmağa çağırır

Marneuli meri Zaur Darğallı bir daha əhalini evə qalmağa və bir-birinin sağlamlığının qayğısını çəkməyə çağırıb.

“Evdə qalın, xahiş edirəm! indi ən səmərəli olan evdə qalmaqdır”. Marneuli meri deyir ki, yaranan vəziyyətdən irəli gələrək əhalinin koronovirus əlamətləri ilə yoxlanmasına fəal şəkildə davam etdirilir.

“Bilirsiniz ki, həkimlər koronovirusla bağlı testdən keçdilər və onların cavabı mənfi çıxdı. Eləcə də 9 günlük körpədə də koronavius aşkarlanmadı. O, MArneulidən Tbilisiə aparılmışdı. Bu gün saat 13:00-a olan məlumata görə 3000 adam yenə yoxlayışdan keçib və heç birində virus şakarlanmayıb. Əhali yaxşı başa düşsün deyə demək istəyirəm ki, bu əlamətlərin skrininqidir test deyil. Dünənki göstəriciləri də hesablasaq 38 000 nəfər yoxlanılıb. Saat 16:00-da bir daha yeni göstəricilərimiz olacaq”, - Zaur Darğallı deyir.

Marneuli və Bolnisidə sərt karantin rejimi 23 mart tarixində qəbul edilib. Hökumətbu qərarı Marneulili qadının virusa yoluxmasından sonra verib. Onun yoluxma mənbəyi müəyyən edilməyib:

Marneuli və Bolnisi bələdiyyəsində müəyyən məhdudiyyətlər qoyulub:
  • “Bu gündən Marneuli və Bolnisi bələdiyyələrini giriş və çıxış məhdudlaşdırılır. Bütün obyektlər bağlanır.
  • Yalnız qida məhsulları, dərman və kritik infrastrukturla bağlı başqa obyektlər əlçatan olacaq. İctimai nəqliyyatın hərəkəti dayandırılır.
  • Bələdiyyələrin ərazisi daxilində hərəkət məhdudlaşdırılır, sakinlər yalnız qida məhsulları və ya dərman almaq, yaxud tibbi xidmət üçün hərəkət edə bilərlər.
  • Marneuli və Bolnisi sakinlərinə tibb işçiləri tərəfindən yazılmış protokola uyğun olaraq kənd təsərrüfatı işləri aparmağa icazə veriləcək.

 

"Marneuli" Radiosu

 

Print
თეგები: covid-19