DİN özünütəcrid qaydalarını pozduğuna görə 3 nəfəri cərimələyib
Daxili İşlər Nazirliyi özünütəcrid
qaydalarını pozduğuna görə üç nəfəri 3000 lari həcmində
cərimələyib
və onlar məcburi karantinə yerləşdiriliblər.
“Bütün fiziki və hüquqi şəxslər fövqəladə rejimə riayət
etməyə məcburdurlar. Rejimi pozmaq inzibati məsuliyyətə səbəb
olacaq. Təkrar törədildiyi halda isə cinayət məsuliyyətinə cəlb
olunacaqlar”, — DİN-nin bəyanatında yazılıb.
Marneulidə və Bolnisidə 23 mart tarixində karantin elan olunub.