Marneulinin buraxlış məntəqələrində bu gün, 1 aprel tarixində
sakitlik idi.
Ötən günlərlə müqayisədə maşınların sayı azalıb. Tbilisiyə getmək
üçün icazə gözləyənlərin sayı da az idi.
Ortayaşlı bir qadın hər gün buraxlış məntəqəsinə getməli olur. O,
Tbilisi xəstəxanalarının birində olan övladına yemək çatdırmaq üçün
gedir.
Polislər vətəndaşlara məlumat almaqda kömək edirlər, tibbi
müəssisələrə zəng vururlar və klinikanın
həmin xəstəni qəbul edib
etməyəcəyini araşdırırlar. Klinikadan razılıq verilən halda
bələdiyyəni tərk etməyə icazə verilir.
Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixindən sərt
karantin rejimi elan edilib. Hökumət Marneulili qadında koronavirus
aşkarlandıqdan sonra bu qərarı qəbul edib.