Gürcüstan koronavirusla mübarizədə 5 nümunəvi ölkədən biridir
Gürcüstan kornavirusla mübarizədə nümunəvi ölkələrin ilk beşliyinə daxil olub.

Bu barədə ABŞ-ın “Foreign Policy” nəşrində bildirilib.

İlk beşliyə Tayvan, Kanada, İslandiya və Cənubi Koreya da daxil olub.

Məqalədə qeyd olunub ki, fevralın sonunda Gürcüstanda koronavirusun yayılmasına qarşı ciddi tədbirlərə başlanılıb və bu günə qədər ölkədə bu virusdan ölüm halı qeydə alınmayıb.

Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusdan ilk ölüm halı qeydə alınıb. Dünyasını dəyişən Bolinisi sakini 79 yaşlı qadındır.

Mənbə: NewsBureau
Print ელ. ფოსტა
FaceBook Twitter Google