Gürcüstanda koronavirusdan sağalanların sayı 31 nəfərə çatdı
Gürcüstanda koronavirusdan daha 3 nəfər sağaldı və sağalanların sayı 31 nəfərə çatdı. Bu barədə jurnalistlərə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaia məlumat verib.

“Ümumilikdə 28 nəfər sağalmışdı və indi 31 nəfər oldu. 3 pasiyent artıq xəstəxanamızı tərk edib”, – Marina Ezuqbaia bildirib.

Son məlumatlara görə, Gürcüstanda koronavirusa 157 nəfər yoluxub, onlardan 1 nəfəri dünyasını dəyişib, 31 nəfər isə sağalıb. Hazırda 5526 nəfər karantin rejimində, 344 nəfər isə stasionar müşahidə altındadır.
Print ელ. ფოსტა
FaceBook Twitter Google