Gürcüstanda koronavirusa yoluxanların sayı 242 nəfərə çatıb, 57 nəfər sağalıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 242 nəfərə çatdı. Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında yayımlanıb.

Saytda yayımlanan məlumata görə, hazırda 4856 nəfər karantin rejimində, 370 nəfər isə stasionar müşahidə altındadırlar.

Məlumat üçün qeyd edək ki, virusa yoluxmuş 242 nəfərdən 57 nəfəri artıq sağalıb, 3 nəfər isə dünyasını dəyişib.

Print