Nyu-Yorkda bir gündə ölənlərin sayı 540 nəfər olub
Nyu-York şəhərinin meri Endrü Kuomo şənbə günü keçirdiyi mətbuat
konfransında koronavirusdan
bir gündə ölənlərin sayının 540 nəfər olduğunu deyib. O, bunu son
həftənin ən aşağı göstəricisi adlandırıb.
Cümə günü xəstəxanalara koronavirusa yoluxmuş 2 min adam
yerləşdirldiyini vurğulayan mer deyib ki, bu rəqəmlər virusun
sürətlə yayılmasından əvvəl qeydə alınıb və bununla ştatın əsas
mərhələni keçdiyini söyləmək olar.
Merin dediyinə görə, həkimlər də xəstəxanaların intensiv terepiya
şöbələrinə aparılan və süni nəfəs aparatlarına qoşulan xəstələrin
sayının da azaldığını vurğulayır.
Şənbə gününə olan məlumata görə, ABŞ üzrə virusa yoluxanların sayı
715 mini keçib, pandemiya qurbanlarının sayı 39 minə
yaxınlaşıb.
Associated Press agentliyinin məlumatına görə, bu arada Kanadanın
baş naziri Castin Trudo ABŞ-la əldə olunan razılığa görə, iki ölkə
arasında sərhədlərin daha 30 gün bağlı qalacağı barədə razılığa
gəldiklərini deyib.
Mənbə: Amerika səsi