Batumidə karantindəki 45 nəfər zəhərlənib
Batumidə karantində olan 45 şəxs, çox güman ki, qidadan zəhərlənib.
Hadisə karantin şəraiti yaradılmış otellərdən birində qeydə alınıb.
Acarıstan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, güman ki, qidadan zəhərlənmiş olan 2 şəxs xəstəxanaya 2 gün öncə yerləşdirilib, ancaq sonra yenidən karantin şəraitinə qaytarılıb. Digərlərinin vəziyyəti isə nisbətən yüngül olub.
Bu 45 şəxsdə Covid-19 aşkar olunmayıb və onların bir qismi artıq mehmanxananı tərk edib. Hadisəni  araşdıran Milli Qida Agentliyinin  mətbuat mərkəzindən Batumidə, karantin şəraitində olan insanların qida zəhərlənməsi haqqında ətaflı məlumatın gün sonunadək  veriləcəyi bildirilib.
Mənbə: Netgazeti

 

Print
თეგები: covid-19 ბათუმი