Bələdiyyənin ictimai nəqliyyatının hərəkətinə qoyulan
məhdudiyyət bu gündən, mayın 29-dan qaldırıldı.
Tbilisidə metropoliten, kanat və digər nəqliyyatlar öz fəaliyyətini
bərpa edib.
Bununla yanaşı, ictimai nəqliyyatla maskasız hərəkət qadağandır.
Hökumət bu barədə karantinlə bağlı verilmiş qərara mayın 28-də
dəyişiklik edib.
İyunun 8-dək şəhərlərarası ictimai nəqliyyatın hərəkəti hələ də
qadağandır.
Aşağıdakılara görə qoyulan məhdudiyyətlər isə hələ də
götürülməyib:
- Restoranlarda, barlarda, kafelərdə və istənilən növ
yeməkxanalarda qapalı yerdə, yerində qida xidməti;
- İdman, mədəni və əyləncə tədbirlərinin
təşkili/keçirilməsi;
- İdman-sağlamlıq prosedurları/fəaliyyəti;
- Valyutadəyişmə məntəqələrinin fəaliyyəti;