Hökumət ictimai nəqliyyata qoruyucu maskasız minməyi qadağan edib

Bələdiyyənin ictimai nəqliyyatının hərəkətinə qoyulan məhdudiyyət bu gündən, mayın 29-dan qaldırıldı.

Tbilisidə metropoliten, kanat və digər nəqliyyatlar öz fəaliyyətini bərpa edib.

Bununla yanaşı, ictimai nəqliyyatla maskasız hərəkət qadağandır. Hökumət bu barədə karantinlə bağlı verilmiş qərara mayın 28-də dəyişiklik edib.

İyunun 8-dək şəhərlərarası ictimai nəqliyyatın hərəkəti hələ də qadağandır.

Aşağıdakılara görə qoyulan məhdudiyyətlər isə hələ də götürülməyib:

 

  • Restoranlarda, barlarda, kafelərdə və istənilən növ yeməkxanalarda qapalı yerdə, yerində qida xidməti;
  • İdman, mədəni və əyləncə tədbirlərinin təşkili/keçirilməsi;
  • İdman-sağlamlıq prosedurları/fəaliyyəti;
  • Valyutadəyişmə məntəqələrinin fəaliyyəti;

 

Mənbə: Netgazeti

 

Print