Rustavidə, İnşaatçlar küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Yol kəsişməsində “Mercedes” və “Opel” markalı avtomobillər
toqquşub.
“İnfo Rustavi”nin verdiyi məlumata görə, qəza nəticəsində heç kim
xəsarət almayıb.
Hadisə yerinə patrul polisinin əməkdaşları cəlb olunub.