Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, iyunun 1-dən
etibarən Xidmət Agentliyinin koronavirus səbəbindən dayandırılan
xidmətlərinin hamısı yenidən fəaliyyətə başlayacaq.
Bununla yanaşı, 31 may saat 09:00-dan etibarən vətəndaşların
nəqliyyat vasitəsini idarə etmək hüququ əldə etmək üçün nəzəri
imtahana girişə elektron qaydada bron etmək imkanları olacaq.
“Xidmət Agentliyi vətəndaşların təhlükəsizliyi üçün
Gürcüstan hökumətinin Qurumlararası Koordinasiya Şurasının
tövsiyələrini bütünlüklə nəzərə alır. Agentlik vətəndaşlara
xidmətlərdən istifadə etmək üçün müraciət edən zaman qoruyucu
maskadan istifadə etmələrini xahiş edir”, – deyə
qurumdan bildirilib.