İyunun 1-dən DİN-in Xidmət Agentliyi hər bir növ xidmətini yeniləyəcək
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, iyunun 1-dən etibarən Xidmət Agentliyinin koronavirus səbəbindən dayandırılan xidmətlərinin hamısı yenidən fəaliyyətə başlayacaq.

Bununla yanaşı, 31 may saat 09:00-dan etibarən vətəndaşların nəqliyyat vasitəsini idarə etmək hüququ əldə etmək üçün nəzəri imtahana girişə elektron qaydada bron etmək imkanları olacaq.

“Xidmət Agentliyi vətəndaşların təhlükəsizliyi üçün Gürcüstan hökumətinin Qurumlararası Koordinasiya Şurasının tövsiyələrini bütünlüklə nəzərə alır. Agentlik vətəndaşlara xidmətlərdən istifadə etmək üçün müraciət edən zaman qoruyucu maskadan istifadə etmələrini xahiş edir”, – deyə qurumdan bildirilib.

Mənbə: Netgazeti
Print